Şəhidlərin nahaq qanı bizi bağışlamasın

15:18 21-05-2020 | icon 1837 | Kürsü
Şəhidlərin nahaq qanı bizi bağışlamasın

Mən üzümü cənab İlham Əliyevə tuturam...

 

ŞAMİL SABİROĞLU
/Vətən müharibəsi veteranı, jurnalist/

 

Müharibə qan-qadadır, ata-ananı övladdan, ailəni ömür-gün yoldaşından, övladı ata-anadan ayırır. Təxmini araşdırmalara görə indiyədək dünyada 15 mindən çox müharibə olub. Bu müharibələr zamanı torpaqlar işğal edilib, işğal edilən ərazilərin əhalisi qaçqın və ya məcburi köçkünə çevrilib. Azərbaycan xalqı da müharibələrdən çox əziyyət çəkib və çəkməkdə də davam edir.

 
 
1988-ci ilin fevralından başlanan, hazırda da davam edən və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi (əslində müharibə) də 50 mindən çox soydaşımızın yaralanmasına, 23.000 nəfərin şəhid olmasına, 1 milyondan çox insanın doğma ev-eşiyindən didərgin düşməsinə səbəb oldu.
 
 
Xahiş edirəm, məni qınamayın, ancaq torpaqların işğalında siyasi çəkişmələr, hakimiyyət kreslosu uğrunda mübarizə də az rol oynamadı.
 
Mən, 1989-cu ildən 1995-ci ilədək Dağlıq Qarabağ Muxtar Vilayəti və Ermənistanla həmsərhəd bölgələrdə, özü də qaynar nöqtələrdə olmuşam, jurnalist kimi fəaliyyət göstərmişəm. Təəssüf edirəm ki, daxildə olan çəkişmələrdən erməni terrorçuları və onların havadarları məharətlə istifadə elədilər.
 
28 ildir Xocalısız, Şuşasız, Laçınsızıq. 28 ildir Bakıda məskunlaşan əksər qaçqın və məcburi köçkünlər Dövlət orqanlarından torpaqlara qayıdışla əlaqədar tələb irəli sürmürlər.
 
 
Tam səmimiyyətlə deməliyəm ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə biz, bir neçə dəfə işğal edilən ərazilərin geri qaytarılması üçün şanslı olmuş, hansısa məqamda Ermənistanı müdafiə edən dövlətlər məharətlə Azərbaycanın haqq işinin bərpasına imkan verməmişlər.
 
 
Gəlin səmimi danışaq: Sabah, birisigün beş yüz min məcburi köçkün ayağa qalxaraq Ağdam, Şuşa, Laçın, Xocalıya.... getmək istəsə cənab Prezident və ya onun rəhbərlik etdiyi Komanda razılaşmayacaq?
 
Mənim cənab İlham Əliyevə ona görə hörmətim var ki, daim sadəliyi ilə seçilib. İlham Əliyev həm şəhid Mübariz Ağakərim oğlu İbrahimovun meyidinin düşmən tərəfdən geri alınmasında, həm də Macarıstanda ömürlük həbs edilmiş Ramil Sahib oğlu Səfərovun azadlığa çıxmasında mühüm rol oynayıb. İlham Əliyev qaçqın və məcburi köçkünlərin, hərbçilərin, habelə, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün əllərindən gələni əsirgəməyib. Respublika magistral yollarının, bütövlükdə yaşayış məntəqələrimizin abadlaşdırılması da aparılan məqsədyönlü fəaliyyətin tərkib hissəsidir.
 
 
Təəssüflər olsun ki, qonşu dövlətlərin, xüsusən də, Rusiya Federasiyası və İranın işğalçı Ermənistanı dəstəkləməsi nəticəsində biz hələ də Qarabağda pozulan hüquqlarımızı bərpa edə bilməmişik.
 
 
Xəbər verildiyi kimi, mayın 21-də, yəni bu gün Şuşadakı Mədəniyyət və Gənclər Mərkəzində Qondarma Dağlıq Qarabağ Respublikası “Artsağ”ın yeni prezidenti Araik Arutunyanın andiçmə mərasimi keçiriləcək. Mərasimə Ermənistanın Baş naziri Nikol Paşinyan və digər məsul şəxslər də qatılacaq. Daha sonra gecə saat 21-00-da Cıdır düzündə atəşfəşanlıq olacaq.
 
 
Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında həlak olan şəhidlərin nahaq qanları bizləri bağışlamasın. Mən üzümü Azərbaycanın Dövlət Başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə tuturam:
 
Cənab Prezident, biz, Sizə inanırıq. Əminik ki, işğalçı Ermənistanın qanunsuz addımları cavabsız qalmayacaq.
 
İzn verin, Azərbaycan Silahlı Qüvvələri hərəkətə keçsin, Şuşa və Xankəndini vursun.
 
Qalib Azərbaycan zabiti, giziri və əsgəri, Şuşanı Vur, Xankəndini Vur! Biz, Sizə inanırıq!
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Valideynlərin NƏZƏRİNƏ

Tanınmış yazar MHB-yə üzv oldu

Yol kənarındakı qanunsuz tikililər sökülüb