Müsəlmanlarla xristianların barış içərisində yaşadığı möcüzənin ünvanı – Kapadokya /Üçüncü yazı/

22:21 05-06-2018 | icon 383 | Araşdırma
Müsəlmanlarla xristianların barış içərisində yaşadığı möcüzənin ünvanı – Kapadokya /Üçüncü yazı/

 

AĞANİSƏ SULTANOVA

/Türkiyə, Kapadokya/

 

 

Yaşadığımız bu yorucu həyatdan bir neçə günlük uzaqlaşmaq istəyirsinizsə, Kapadokyaya – 60 milyon il öncəyə bir neçə günlük səyahət edin. Ötən yazımda qeyd etdiyim kmi, ALLAHIN dünyaya və Türkiyəyə bəxş etdiyi lütvüdür bu çografiya.

 

Üçhisar Kapadokyanın ən böyük yüksəkliklərindən biridir. 20 il əvvələ qədər gördüyünüz bu Pəri Bacaları, mağaraları yerli əhalinin evi olub. İndi isə cəmi 2 lirə ödəməklə onların 20-30 il öncəki məişəti, yaşayışları ilə yaxından tanış ola bilərsiniz. Qeyd edim ki, bu mağara evlər yayda soyuq, qışda isə isti olur. Bütün evlərin arxasında belə demək mümkünsə, ərzaq saxlamaq üçün anbarlar olub. Burada bütün ət, süd məhsulları, meyvələr, yemək üçün istifadə olunan hər şey bir ildən çox təzə qalırmış. Evlərdə hər şey daşdan yonulub.

 

Üçhisar Roma imperatorlugu, Xristianlığ, Bizans dönəminə şahidlik edən çografiyalardan biridir. Türklər Anadoluya böyük topluluk halında gəlməyə başladığında bu yer önəmli mərkəzlərdən birinə çevrilir, əhali sayı getdikcə artır. Beylikler, Selcuklu və Osmanlı dönəmində də qorunma, yaşayış yeri olaraq bilinir. Buradan bütün bölgə ovuc içi kimi görünür. Yeraltı şəhərlər isə, başqa bir dünyadır. Qalanın içində gizli yollar, otaqlar, tunellər, sığınacaqlar, məzarlar var. Burada da minlərlə Pəri Bacaları var. Açığını deyim ki, insan bu cografiyadan heç ayrılmaq istəmir. Min metrlərlə yüksəkloklərdə yamyaşıl, bol meyvəli ərik və alça agacları var. Yəqin bilirsiniz ki, Türkiyədə alça ərik, ərik isə kaysı adlanır. Buranın əriklərinin dadı çox xoşuma gəldi. Vaxtilə bu mağara evdə yaşayanlar turistləri əriklərə sevə - sevə qonaq edirlər. Sözlə ifadə edilməyəcək bu yüksəkliklərdə milyon il öncəyə səyahət edəndə susasanız, elə buradakı bumbuz dogal sulardan içə bilərsiniz.

 

Burada da siz həm özünüz, həm də yaxınlarınız, dostlarınız üçün suvenirlər ala bilərsiniz. Ötən yazımda da qeyd etdiyim kimi qiymətlər nəinki münasib, hətta çox ucuzdur.

 

Kapadokya həm də quru meyvələri ilə məşhurdur. Açığını deyim ki, buradakı quru meyvələrin dadını heç yerdə görmədim. Onu da deyim ki, quru meyvələr satılan mərkəzdə öncə sizə bu cografiyaya məxsus soyuq çay ikram edəcəklər. Əgər xoşunuza gəlsə, sonra bu çaydan ala bilərsiniz. Quru meyvələr də qonaq edirlər. Ümumiyyətlə, burada hər şeyin dadına baxıb, sonra ala bilərsiniz.

 

Kapadokyaya gəlib, çömlək atölyelərini görmədən olmaz

 Bu yörənin atadan, babadan, gendən gələn çömləkçilik peşəsi var. Hansı ki, mənim üçün bu gözəl sənətlərin ən başında gəlir. Çomlək haradasa, bizim dulusçuluq kimidir. Çömlək atölyesində oldugumuz müddətdə çox gözəl nüansların şahidi olduq. Əslində, Avanos çömləkçilik məktəbi minillərdir formalaşıb. Hətta belə deyirlər ki, keçmişdə çömlək düzəltməyi bacarmayan oglana qız verməzdilər. Eyni zamanda da, bu yörədə xalça toxuya bilməyən qıza elçi gəlməzdilər.

Çömləkçiliyin inkişafında bu yerlərin torpagının rolu əvəzsizdir. Avanosun orta yerindən axan Kızılırmak, tüflü kızıl torpaqlarından minillərdir bu möcüzəli qablar, suvenirlər hazırlanır. Bura səyahət edənlər həm çömlək atölyelərində olur, həm də qırmızı torpaq və mil qarışığıyla əldə edilən seramik xəmirindən Avanos çömləkçilərinin əl əməyi, göz nuru ilə hazırladıqları  gözəl qablardan, suvenirlərindən alıb ölkələrinə aparırlar. Artıq Nevşehir Avanos çömləkçiləri bütün dünyada məşhurdur. Dünyanın müxtəlif ölkələrində onların hazırladıqları bu gözəl məhsullar evləri bəzəyir.

 

Kapadokya nağıl deyil, gerçəkdir

 

Bəzən adama elə gəlir ki, olduğun yer yaşadığın dünya deyil, haradasa bu dünyadan uzaq başqa bir çografiyadasan. Bu yerlər insana o qədər huzur verir ki, heç ayrılmaq istəmirsən. Kapadokyanın insanları da çox mehriban, səmimi, qonaqərvərdirlər. Mərkəzdə 100 min, ümumilikdə isə 300 minə yaxın əhalisi var. Burada tarfik deyilən bir şey yoxdur. Hər yer tərtəmiz, səliqəlidir. Demək olar ki, dünyanın əksər yerlərində oldugu kimi, Kapadokyada da çəpər, hasar anlayışı yoxdur. Evləri bir-birindən sadəcə kicik, heç bir metrə çatmayan səliqli, rəngli taxtalar ayırır. Bütün həyətlərdə gül-çiçək, ərik, alça, gilas ağaclari, üzüzm var. Üzümlər bizdəki kimi çardaq şəklində deyil, elə agac kimi əkilib. Ümumiyyətlə üzümçülük, kaysı əsas təsərrüfatlardan biridir. Əsas dolanışıqlardan biri də evlərin kirayə verilməsidir. Çünki, hər il bu çografiyaya gələn turistlərin sayı artır. Demək olar ki, ilin dörd fəslində də əcnəbilər tarixlə baş-başa qalmaq üçün Kapadokyaya səyahət edirlər.

 

P.S: Təşəkkürlərim GTN Tours LTD-nin gözəl kollektivinədir. Onları seçdiyim üçün çox şadam. Fikrimcə, siz də onlarla səfər etsəniz, razı qalacaqsınız.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

ALDP Gəncədə baş verən hadisələri pisləyir - BƏYANAT

"Həmin şəxslər qanun qarşısında cavab verəcəklər"

Gəncə hadisələrinin gizlinləri - faktlar, təfərrüat, "oyunçu"lar - Elçin Alıoğlunun yazısı

"Baş verənlər dövlətçiliyimizə qarşı yönəlmiş provokasiyadır"

XİN bəyanat yayıb

"Radikalizmə qarşı mübarizədə qətiyyətli olmalıyıq"

Ətraf mühiti pozanlarla bağlı 21 iş

Ermənilər atəşkəsi 81 dəfə pozdu

Turist axınının artımı gözlənilir

"Dövlətimizin yanında olmalıyıq"

AXCP sədri bəyan etdi: Dövlətə qarşı bu tip üsyanı qəbul etmirəm

"Süni əngəl və maneələrə yol verilməməlidir"

"Bu, əsl erməni həyasızlığı idi"

“Cümhuriyyət üçün yaz” - MÜSABİQƏNİN QALİBLƏRİ

Rəcəb Tayyib Ərdoğan daha bir səlahiyyət əldə edib