Avropa İttifaqından Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı BƏYANAT

15:56 13-07-2020 | icon 1253 | Gündəm
Avropa İttifaqından Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı BƏYANAT

“2020-ci il 12-13 iyul tarixində həm Ermənistan, həm də Azərbaycan tərəfi iki ölkənin sərhədində ağır silahların cəlb olunduğu ciddi insidentin baş verdiyini bəyan edib. Bu, təəssüf ki, insanların həyatını itirməsinə səbəb olub”.

 

Versus.Az xəbər verir ki, bu barədə Avropa İttifaqının bəyanatında bildirilir.

 

Avropa İttifaqı bəyanatında hər iki tərəfi silahlı qarşıdurmanı dayandırmağa, gərginliyə səbəb olan hərəkət və ritorikadan çəkinməyə, gərginliyin daha da artmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırır.

 

“Bu kontekstdə hər iki tərəf birbaşa kommunikasiya üçün öz mexanizmlərindən, ATƏT-in Minsk Qrupu həmsədrlərinin, habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin rəhbərlik etdiyi yaradılmış formatdan istifadə etməlidir. Atəşkəsin ciddi şəkildə pozulmasının qarşısı alınmalıdır, şərtlər imkan verən kimi, ATƏT-in regionda monitorinqini bərpa edilməsi vacibdir”, - deyə bəyanatda qeyd olunur.

 

Avropa İttifaqı tərəfləri atəşkəs rejiminə ciddi şəkildə hörmətlə yanaşmağa, enerji və ehtiyatları koronavirus pandemiyası ilə mübarizəyə sərf etməyə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında əsaslı danışıqlara yenidən başlamağa və xalqları sülhə hazırlamağa çağırır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni formalaşan parlament daha aktiv olacaq”

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Bakıdakı qətlin DETALLARI

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər

Həftəsonları təmizlik aksiyaları keçiriləcək

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Sürücülərin NƏZƏRİNƏ

COP29 çərçivəsində növbəti GÖRÜŞ