İsveç azərbaycanlıları Stokholmu yatmağa qoymadılar! - VIDEO

11:17 15-07-2020 | icon 795 | Gündəm
İsveç azərbaycanlıları Stokholmu yatmağa qoymadılar! - VIDEO

İşğalçı Ermənistanın dövlət sərhədində növbəti təxribatına etiraz və Azərbaycan Ordusuna dəstək məqsədilə İsveçdə yaşayan azərbaycanlılar yürüş təşkil edib.

 

Bu barədə Versus.az-a məlumat verən İsveç Azərbaycan Birliyinin sədri Sevda Dadaşova deyib ki, İsveç azərbaycanlıları Azərbaycan bayraqlarını dalğalandırmaqla paytaxt Stokholmdakı Ermənistan səfirliyi önünə yürüş ediblər:

“Bu geçə İsveçdə yaşayan azərbaycanlılar Ermənistanın təcavüzkar siyasətinə etiraz və Azərbaycan Ordusuna dəstək məqsədilə yürüş edərək Stokholmu yatmağa qoymadılar, İsveç ictimiyyətini baş verənlərlə bağlı məlumatlandırdılar. Yürüş iştirakçıları erməni səfirliyinin qarşısında Azərbaycan himnini oxudular. Aksiya zamanı “Qarabağ Azərbaycandır!” deyərək səsimizi bütün Stokholma duyurduq”.



Sevda Dadaşova deyib ki, xüsusilə İsveçdəki azərbaycanlı gənclər aksiya zamanı fəal olublar:

“Şəhidlərimizin qanının yerdə qalmayacağını gənclərimizin ruhunda gördüm və buna təkrar əmin oldum”.



Sevda Dadaşova aksiyaya qatılan hər bir soydaşımıza dərin təşəkkürünü bildirib və bundan sonra da xaricidə yaşayan azərbaycanlı olaraq ölkəmizin haqq səsinin İsveç ictimaiyyətinə, dünyaya çatdırmaq üçün əllərindın gələni əsirgəməyəcəklərini vurğulayıb:

"Yürüşə qatılan hər bir soydaşımıza, qardaşıma halal olsun, var olun deyirəm. Vətən etibarlı və qüvənli əllərdədir və Qarabağ mütləq öz doğma sahiblərinə tez zamanda qaytarılaçaq”.

VIDEO

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni formalaşan parlament daha aktiv olacaq”

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Bakıdakı qətlin DETALLARI

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər

Həftəsonları təmizlik aksiyaları keçiriləcək

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Sürücülərin NƏZƏRİNƏ

COP29 çərçivəsində növbəti GÖRÜŞ