O gün hər kəs VƏTƏN FƏDAİSİ oldu

18:00 09-11-2023 | icon 1350 | Cəmiyyət
O gün hər kəs VƏTƏN FƏDAİSİ oldu

Atlas Qafarova: “44 günlük savaşımız tarixdə şanlı qürur mənbəyimiz olaraq qalacaq”

 

44 günlük Vətən Müharibəsi, düşmən üzərində qazandığımız Zəfərdən 3 il ötür. Zəfər Günü bütün kənd və şəhərlərimizdə, bütün dünya azərbaycanlıları tərəfindən qürur hissi, Şəhidlərə böyük ehtiram, minnətdarlıq hissi ilə qeyd olunur. Zəfər Günü bir kəndin orta məktəbinin Şəhid məzunlarının tablosunda bambaşqa görünür…

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə müsahibə verən Beyləqan rayon Kəbirli Kənd Orta Məktəbinin tarix müəllimi Atlas Qafarova dərs dediyi qəhrəman şagirdləri ilə bağlı maraqlı nüanslara diqqət çəkib.

 

Zəfər Günündə 44 günlük savaşın Beyləqan rayonunun Kəbirli kəndinin qəhrəmanları ilə görüş

 

 

- Atlas müəllimə, bu gün 44 günlük Qarabağ savaşını və Zəfərimizi yeni nəslin milli şüurunun oyanışı, xalqın birliyinin təcəssümü kimi necə dəyərləndirərdiniz?

 

- Bəli, Azərbaycan dövləti, xalqı böyük tarixə imza atdı. Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən başlanan Zəfər yürüşündə inanılmaz uğurlar əldə edildi. 44 gün davam edən hərbi əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Ağbənd, Mincivan, Bartaz qəsəbələri və bir çox kəndləri Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonunun bir neçə kəndləri daxil olmaqla 300-dən çox yaşayış məntəqəsi o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi.

Nəhayət, noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan oldu.

Bu şanlı qələbə bizləri nə qədər sevindirsə də, ürəklərimizdə bir o qədər də iz qoydu. Minlərlə igidlərimiz və mülkü vətəndaşlarımız şəhid adını qazandılar:

Salatın Əsgərova, Çingiz Mustafayev, Mübariz İbrahimov, Polad Həşimov - bu siyahı çox uzundur və bütün bu şəhidləri bir amal birləşdirir - “Təki Vətən sağ olsun!”..

 

- Kəbirli kənd orta məktəbi öz qəhrəman Şəhidlərini necə yada salır?

 

- Biz şəhidlərimizin əziz xatirəsini qoruyub saxlamalı və yaşatmalıyıq. Beyləqan rayonunda ən çox şəhidi olan kənd qəhrəman Kəbirli kəndidir. Kəndimizin I Qarabağ müharibəsində 9, II Qarabağ müharibəsində 18 nəfər igidi şəhid olub.

44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaqdır.

Bu günlər ərzində ordumuzun işğalçı erməni ordusuna qarşı apardığı mübarizə milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi. O gün hər kəs Vətən fədaisi oldu.Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan ordusunun hər bir fərdi Vətən uğrunda canından keçməyə, düşmənə sarsıdıcı zərbələr vurmağa hər an hazır və qadirdir.

Bu müharibədə bütün xalq öz rəhbərinin ətrafında bir yumruq kimi sıx birləşdi. Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan ordusunun, xalqımızın qələbəsi ilə başa çatdı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, ordumuzun şücaəti hesabına qazandıq. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu qürur mənbəyimiz olaraq qalacaq. Dövlətimizin “Qarabağ Azərbaycandır!” devizini Azərbaycan və dünya tarixinə qızıl hərflərlə əbədi həkk edən lideri var.

 

- Zəfər Günü bir məktəbin həyatında hansı izi, hansı səhifəni açdı?

 

- Kəbirli kəndinin qəhrəman şəhidləri məktəbimizin şagirdləri olub. Onların hər biri Mübariz İbrahimov, Polad Həşimov kimi ölümün gözünə dik baxmış, Azərbaycan torpağının mənfur düşmən taptağı altında qalmasına razı olmayaraq Ali Baş Komandanın əmri ilə döyüşə atılmış, canlarından keçərək öz qanları ilə tarix yazmışlar. Bütün Azərbaycanda, o cümlədən Beyləqan rayonunun Kəbirli kəndində ürəyi Vətən eşqi ilə döyünən, bütün dünyaya nümunə ola biləcək, yüksək insani keyfiyyətlərə sahib igidlər yetişməkdədir. Biz Zəfər Günü məktəbimizin şagirdləri olmuş o igidləri gələcək nəsillərə bir nümunə olaraq göstəririk. Bu qəhrəmanlıq səhifəsini o məktəbin yetirmələri, o igidlər yaratdılar. İnanıram ki, Şəhidlərimizin həyatı daim öyrəniləcək və bu, məktəbdə təhsil alan yeni nəsillərdə vətənə sevgi hissini aşılayacaq.

 

- 8 noyabr Zəfər Günü məktəbdə necə öyrənilir, necə qeyd olunur?

 

- Kəbirli kənd 1 saylı tam orta məktəbdə 8 Noyabr - Zəfər Günü yüksək bayram əhval-ruhiyəsi ilə qeyd olunur. Bütün müəllim və şagird heyəti bu əziz gündə sevinmək və bayramı layiqincə qeyd etməklə yanaşı, bizə bu sevinci bəxş edən şəhidlərimizi qürurla, sevgi ilə anmağı özlərinə borc bilir.

 

II Qarabağ Müharibəsi zamanı Beyləqan rayonu Kəbirli kəndinin şəhid olmuş igidlərin adlarını bu gün böyük fəxarət hissi ilə çəkməyi özümə borc bilirəm:

 

 

 

 

 

 

 

 

Kəbirli Kəndinin Şəhidləri:

 

 

Əliyev Mahir, Quliyev Elnur, Vəlişov Zahir, Tağıyev Anar, Əliyev Araz, Əsədov Saleh, Rəhimov Ruslan, Rüstəmov Elnur, Yusifli Müzəffər, Həsənov Hafiz, Yusifli Böyükağa, Həsənov Pərviz, Abbasov Şamxal, Həsənov Ərəstun, Abdullazadə İmaməddin, Rzayev Qəhrəman, Həsənli Famil, İsmayılov İlqar, Tağızadə Dünyamin, Dadaşzadə Kənan, Həsənli Şamil.

 

 

 

 

 

 

 

Zəfərimizi, azad bir ölkənin vətəndaşı olmaq hissini və qürurunu bizlərə yaşadan qəhrəmanlarımıza borcluyuq. Biz bütün şəhidlərimizi qürur və minnətlə anırıq!

 

 

Həsənli Famil 44 günlük savaşda, qardaşı Həsənli Samil isə 23 saatlıq antiterror tədbirində şəhid olub

 

 

 

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ