“Paytaxt” salatı xofu

10:29 25-12-2017 | icon 220 | Maraqlı
“Paytaxt” salatı xofu

Paytaxt salatını düzgün hazırlamağın qaydası necədir?

Bəzi mütəxəssislər xəbərdarlıq edir ki, “paytaxt” və bu kimi salatların tərkibi və hazırlanma ərəfəsində edilən səhvlər sağlamlığa ciddi ziyan vurur.

Versus.Az xəbər verir ki, bununla bağlı Ailem.az-a danışan dietoloq-nutrioloq Leyla Zülfüqarlı deyir ki, nəinki bayramlarda, hətta adi günlərdə də insanlar sağlam qidalanmaq haqda düşünməlidirlər:

“Amma xüsusi standartlar mövcuddur. Məsələn, Yeni il bayramında mütləq paytaxt salatı hazırlanmalıdır. Elə bir ailə yoxdur ki, orada Yeni ildə paytaxt salatı hazırlanmasın. Yaxud Novruz bayramında bu, şirniyyatlarla – şəkərbura, paxlava ilə özünü göstərir. Yəni burada qeyri-düzgünlük var. O baxımdan ki, həm bu cür stereotiplərdən uzaq durmalıyıq, həm də adi günlərdə belə, bu cür təamlara üz tutsaq, onun düzgün hazırlanma qaydasını öyrənməliyik. Ümumiyyətlə, həmişə söylədiyim bir məqam var – bizim problemimiz salatlara yanlış münasibətdir. Bəzən insanlar deyir ki, həkim, mən pəhriz saxlayıram, sadəcə salat yeyirəm. Amma soruşanda ki, hansı salatı yeyirsən, yaxud da bu salatı necə hazırlayıb yeyirsən? Baxırsan ki, yediyi salat qeyri-düzgün hazırlanıb. Bundansa yaxşı olardı ki, ət yesin, nəinki bu salatı. Çünki salat çox qeyri-düzgün şəkildə hazırlanıb. Elə adını çəkdiyimiz “paytaxt” salatı bişmiş salatlar növünə aiddir, yəni çiy salat deyil, ona görə də onun tərkibində antioksidant mənbəyi çox azdır”.

Dietoloqun sözlərinə görə, “paytaxt” salatına bişmiş kartof və yumurta vurulur ki, onların da tərkibində karbohidrat daha çoxdur:
“Həmçinin yumurta və kartofun qatışdırılması da artıq kaloridir. Yenə də haradasa bunlar qəbul edilə bilərdi, əgər tərkibində mayonez olmasaydı. Üstəgəl, işlənmiş qidalar qrupuna aid etdiyimiz çox kəskin dərəcədə oksidləşmiş yağ turşuları var onun içində. Mayonezlə hazırlanan bu salatın çox yeyilməsini tövsiyə etmirik. Xüsusilə də bayramda”.

Mütəxəssis tövsiyə edir ki, salat hazırlanarkən mayonez qaymaq, ya da xama ilə əvəz olunsun:

“Bununla biz bir səhvi həll etmiş olacağıq. İkinci tərəfdən, bu salata konservləşdirilmiş yaşıl noxud qatılır. Soya məhsulları vurulan salat hazırlanan kimi yeyilməlidir. Amma bayramlarda bir qayda var ki, salat çox hazırlanır və onu soyuducuda saxlayırlar. Bu zaman zəhərlənmə riski iki dəfə artmış olur. Çünki tərkibində konservləşdirilmiş noxud, eyni zamanda bişmiş karbohidratlar var və onun da üzərini mayonezlə örtmüşük. Yəni biz bakteriyalar üçün açıq bir mühit yaratmışıq. Sonra da onu qoyuruq soyuducuya. Təbii ki, bu şəkildə qalan qidanı sonra orqanizmə ötürəndə mədə-bağırsaq orqanlarında hansısa xəstəliklərə meydan açırıq. Ümumiyyətlə, bayram zamanı və sonra soyuq şəkildə yeyilən salatlar orqanizmə ziyandır. Bu zaman biz qastritə də şərait yaradırıq. Köp, meteorizm heç qaçılmaz simptomlardan olur.

“Mən təklif edirəm ki, ilk öncə mayonez mütləq xama ilə əvəz olunmalıdır. Oksidləşmiş yağ turşuları deyil, daha çox doymamış yağ turşularından istifadə edilməlidir. Bununla yanaşı, hazırlanan məhsula soya məhsulu konservləşdirilmiş şəkildə əlavə olunmasın. Yəni onu evdə özümüz qaynada bilərik. Ən əsas məqamlardan biri isə odur ki, əgər insanlar bunu çox şəkildə hazırlayırlarsa, ərzaqları ayrı-ayrılıqda saxlamalıdırlar. Nə zaman süfrəyə verəcəklərsə, o zaman qatışdırmalıdırlar. Bu ərzaqlar bir yerdə qaldıqda çürümə bakteriyaları daha da çoxalır. Bir porsiya paytaxt salatının kalori dəyəri, deyək ki, yarım porsiya plovun kalorisinə bərabərdir. O üzdən də biz bu salatları yaxşı olar ki, yalnız bayram salatı olaraq deyil, gündəlik rasionumuza da əlavə edək, amma dediyim dəyişiklikləri edərək. Salat düzgün şəkildə hazırlanarsa, faydalı olur”.

L. Zülfüqarlı onu da məsləhət gördü ki, insanlar mayonezlə hazırlanan salatlardansa yağla hazırlanan salatlardan istifadə etsinlər:
“Məsələn, vineqred salatı. Nə qədər düzgün bir salatdır. O baxımdan ki, daha sağlam tərkibə malikdir. Amma bu salatların ikisinin arasında seçim olarsa, insanlar daha çox paytaxt salatına üstünlük verirlər. Bu isə ondan xəbər verir ki, insanlarda hələ də daha çox dad dalınca qaçır, nəinki sağlamlıq. Mayonezin tərkibinə qlutonatriya adlı maddə vurulur. Həmin maddə qidaya süni bir dad verir və buna görə insanlar ona üstünlük verir. Amma sağlam qidalanmaya nə qədər riayət etsək, bir o qədər uzun yaşayacağıq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Onlar “hər zaman Azərbaycanın yanındayıq” dedilər

Ruhən "xəstə" olan insanlara meydan oxuyan xanım

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

37 saylı məktəb Laçın rayonu üzrə ən yüksən nəticə göstərib

Solo konsert baş tutdu

Nazirlik məktəblərdə monitorinqlər aparmalıdır - BƏYANAT

"Savadlı qadın mollalara ehtiyac var"

“Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır”

ALDP-də türk və Azərbaycan şəhidləri yad edilib

Nazir yeni modelin mahiyyətini açıqladı

350 azərbaycanlı tələbə...

Pendir və şor məhsulunun bazarı bağlandı

Qafqaz İslam Ordusu və Bakının azad edilməsi - 100

"Ona Azərbaycanın daxili işlərinə burnunu soxmamasını məsləhət görürük"

Aşura günü bu ünvanlarda könüllü qanvermə aksiyaları keçiriləcək