Ermənilərdən EKOLOJİ TERROR

10:13 14-08-2020 | icon 2921 | Gündəm
Ermənilərdən EKOLOJİ TERROR

400 min azərbaycanlının suyunu kəsəcək

 

Ermənistan Azərbaycana qarşı ekoloji terror davam etdirir.

 

Versus.Az xəbər verir ki, qondarma Qarabağ rejiminin başçısı Araik Arutunyan Sərsəng su anbarından Azərbaycanın cəbhəyanı rayonlarına axan suyun istiqamətinin dəyişdiriləcəyini deyib.

 

O, “əsrin layihəsi” adlandırdığı layihə ilə bağlı işlərin sürətləndiyini deyib.

 

“Sərsəng su anbarının suyunun istiqamətinin dəyişdirilməasi hesabına suvarılan kənd təsərrüfatı torplaqlarının sayını artıra və bununla da, məhsul istehsalının bir neçə dəfə artıra bilərik”.

 

O, işlərin artıq start götürdüyünü və 2022-ci ildə yekunlaşacağını söyləyib. Sərsəng su anbarının suyunun istiqamətinin dəyişdirilməsi hesabına işğal altındakı torpaqlarda əlavə 30 min hektar torpaq sahəsi də suvarılacaq. Bunun əvəzində Azərbaycanın cəbhəyanı kəndlərinə su verilməsi azalacaq.  

 

Azərbaycanın Dağlıq Qarabağ ərazisində 1976-cı ildə istifadəyə verilmiş və tutumu 565 milyon kubmetr olan Sərsəng su anbarı bu regionun ən iri su tutarıdır. Tərtər çayı üzərində inşa edilmiş Sərsəng su anbarı Azərbaycanın 6 rayonunun 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Ermənilərin bu təxribatı Azərbaycanın cəbhəyanı bölgədə yaşayan 400 min insanının həyatına təhlükə yaradır. /modern.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni formalaşan parlament daha aktiv olacaq”

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Bakıdakı qətlin DETALLARI

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər

Həftəsonları təmizlik aksiyaları keçiriləcək

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"