Düdüklər...

09:32 18-08-2020 | icon 2040 | Köşə
Düdüklər...

Gəncəni bombalamaq istəyən düdüklər...

BƏYBALA MİRZƏYEV

 

Paşinyanın pis kopyası sayılan Araik Arutyunyan onun "xeyir-dua"sı ilə bizim Qarabağda yuva salmış terrorçu-separatçı ermənilərin "rəhbər"i olandan sonra Paşinanı eynilə tutuquşu kimi təkrarlamağa başlayıb. Paşinyan İrəvanda oturub Azərbaycan əleyhinə hər hansı bir populist-təhrikçi bəyanat səsləndirən kimi Araik Arutyunyan da Xankəndindən hansısa səfeh açıqlama ilə çıxış edir.

 

Budur, Araik Arutyunyan indi də bizi Azərbaycanın tarixi paytaxtı olan Gəncəni vura biləcəkləri ilə hədələyir.

 

Əslində bu Arutyunyan heç kimdir. Bu qoturu danışdıran, dilləndirən var. O, Paşinyana arxalanır.

 

Yəni ki, əslində Qarabağdakı qondarma erməni rejimi yox, birbaşa Ermənistanın özü Gəncəni vurmaqla təhdid edir. Sadəcə olaraq Paşinyan Arutyunyanın ağzı ilə danışmağa üstünlük verir.

 

Bu da təzə taktikadır.

 

Paşinyan Ermənistanın beynəlxalq təzyiqlərə məruz qalmaması üçün bəzi açıqlamaları və bəzi işləri məhz Arutyanın vasitəsilə həyata keçirir, reallaşdırır.

 

Məsələn, Livanın Beyrut şəhərində baş vermiş dəhşətli partlayışdan sonra bu ölkədən olan etnik ermənilərin qanunsuz olaraq Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yerləşdirmək planı məhz Paşinyana məxsusdur. Amma o bu planı Arutyunyanın əli ilə həyata keçirir.

 

Eləcə də qondarma "Dağlıq Qarabağ Respublikası"nın "paytaxt"ının Xankəndindən Şuşaya köçürülməsi kimi avantürist ideya da Paşinyana məxsusdur. Lakin bu barədə rəsmi açıqlama isə Araik Arutyunyanın dilindən verilir.

 

Və yaxud, Azərbaycanın işğal edilmiş ərazilərinə Ermənistandan 3-cü avtomagistral yolun çəkilməsi planını da əslində Paşinyan irəli sürüb. Lakin bu "adam" bugünlərdə BBC-nin "HARDtalk" verilişində müsahibəsi zamanı bu faktı xüsusi həyasızlıqla inkar etdi və qırmızı-qırmızı bildirdi ki, bu layihəni Ermənistan hökuməti yox, "Artsax respublikası" həyata keçirir (ermənilər indi bizim Qarabağa "Artsax" deməyə başlayıblar).

 

Bir sözlə, hər daşın altından məhz Paşinyanın "əl"i çıxır. Bütün təxribatçı ideyalara, planlara məhz o müəlliflik edir.

 

Mingəçevir SES-i vurmaq barədə sərsəm açıqlamadan sonra Gəncəni vurmaq ideyası da Nikolun beyninin məhsuludur.

 

O, Azərbaycanın qarşısında gah "yeddi şərt" irəli sürür, gah da sülhdən dəm vurub sonra da "Qarabağ Ermənistandır, vəssalam" deyir.

 

Əvvəlki erməni liderlərindən fərqli olaraq hazırki ermənibaşının yürütdüyü siyasət populizmdən ibarətdir. Bu "adam" Ermənistanı və Qarabağdakı erməniləri Feysbuk üzərindən idarə edir. Bütün ermənilərin başını özünün canlı yayımları ilə qatır.

 

Sosial şəbəkə istifadəçilərinin laykları və "bravo"ları Paşinyanın populistlik və demaqoqluq dozunu gün-gündən artırır. Bugünkü Paşinyan 2018-ci ildəki Paşinyan deyil. Bugünkü Paşinyan məhz Feysbuk vasitəsilə izləyicilərindən aldığı enerji və millətçi-populist alqışlar nəticəsində "demokrat" köynəyini çıxararaq Ermənistanın Hitleri obrazına girib.

 

Odur ki, indi Paşinyandan sülh danışıqları ilə bağlı normal, ağıllı bir hərəkət gözləmək, konstruktiv mövqe tutacağına ümid bəsləmək mənasızdır. Onun bütün davranışları Azərbaycanla Ermənistanı növbəti müharibəyə sürükləyir.

 

Hazırki məqamda danışıqlar üçün bütün imkanlar tükənib. İndi gerçək sülh danışıqlarına başlamaq üçün heç bir diplomatik möcüzə göstərmək mümkün deyil. Möcüzə baş verməyəcək.

 

Əksinə, yeganə real yol antiterror əməliyyatına başlamaqdır.

 

Biz bu düdükləri yalnız bu yolla ağıllandıra bilərik!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq