Siyavuş Novruzov adadılıbmı?

19:44 25-08-2020 | icon 4442 | Köşə
Siyavuş Novruzov adadılıbmı?

Dostlar, təssüf ki, mən sizin kimi düşünmürəm

VÜQAR MƏMMƏDOV

 

Siyavuş Novruzovu illərdir ki, tanıyıram. Bu adam çayı belə üfürə-üfürə içir. Onun dediklərini qəribçiliyə salmayın. O, nə deyirsə, düzünü deyir. Elə toydakı davranışından da bəlli olurdu natahatlığı. Bəli, aldadılmışdı...

 

Uzun illərdən bəri İlham Əliyevə sadiq olanları tək tək sıradan çıxardırdı Mehdiyev. İlk əvvəl atasından ona miras kimi qalan, onun uğrunda ölməyə hər an hazır olacaq adamlarını vurdular. Onlardan biri "Kuska" ləqəbli Hüseyin Abdullayev digəri isə Amay Abdulla kimi tanınan Abdulla Abdulayev idi. Sonra ən yaxın dostlarından birini - Eldar Sabiroğlunu və neçə-neçə belə etibarlı dostlarını uzaqlaşdırdılar. İndi də növbə Siyavuş Novruzovun idi...

 


Ramiz Mehdiyev onu yalnız aldatmaqla toyuna gətirdə bilərdi. Və bacardı. Ondan sonra həmişəki kimi hadisələrə qızğın başla münasibət bildirən sosial media mənsubları Mehdiyevin əlaltılarının da köməyi ilə Novruzovu İlham Əliyevin gözündən salmaq üçün ondan düşmən obrazı yaratdılar. Bacarmadılar desək, yanılarıq. Çünki oyun mükəmməl qurulmuşdur...

 

Novruzov tələyə düşdüyünü anlayan kimi Prezidentə mesajını "Məni ora sizin adınızdan aldadıb aparıblar, cənab Prezident"- deyə, çatdırdı. Amma nəticəsi necə olacaq, onu gələcək göstərəcək.

 


Açığını desəm, mən şəxsən Siyavuşun Rusiyadan medal aldığının əsil səbəbini bilmədiyindən əminəm desəm, yanılmaram. Çüniki o, elə də ciddi fiqur deyildi ki, Putin ona "Dostluq Ordeni" versin. Orden məsələsi də yəqin ki, gələcəkdə açılacaq. O da Mehdiyevin Siyavuş üçün əvvəlcədən düşündüyü tələlərdən biri idi.

 


Siyavuş canıyla, qanıyla İlham Əliyevə bağlı insandır. O, yeganə YAP-çıdır ki, bütün seçkilərdə İlham Əliyevin Seçki Qərargahının rəhbəri olub. Çünki İlham Əliyev ona onu qaranlıqdan işığa çıxaran atasının yadigarı idi. O, heç vaxt İlham Əliyevə xəyanət eləməz.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq