"Bunun qarşısını almaq üçün..."

12:26 22-07-2018 | icon 484 | Siyasət
"Bunun qarşısını almaq üçün..."

"Prezident İlham Əliyevin Fransaya səfəri mühüm əhəmiyyət kəsb edir".

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu siyasi ekspert Arzu Nağıyev deyib.

 

Ekspert bildirib ki, Fransa Avropa İttifaqında öz sözünü deyən, eyni zamanda NATO-nun üzvü olan aparıcı dövlətlərdən biridir:

 

"Azərbaycan dövlətinin Fransa ilə davamlı əlaqələri olub. Fransa ATƏT-in Minsk qrupunun həmsədri olduğu üçün Azərbaycan Prezidenti cənab İlham Əliyev Fransa rəhbərliyi ilə daimi təmasda olub".

 

A.Nağıyev qeyd edib ki, Prezident İlham Əliyevin Fransaya səfərində əsas məqamlardan biri "Total" şirkətinin rəhbərliyi ilə əlaqələrin müzakirəsi, həmçinin bir sıra müqavilələrin imzalanması istiqamətində aparılan danışıqlardır:

 

"Bu gün Fransa ilə istər siyasi, iqtisadi, istərsə də hərbi baxımdan yaxın münasibətlərimiz var. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinə qarşı təhdidin qarşısının alınmasında iştirak edən bir dövlətdir. Fransa Azərbaycanı bir müstəqil tərəfdaş kimi qəbul edir. Eyni zamanda unutmaq lazım deyil ki, Fransada böyük erməni lobbisi fəaliyyət göstərir. Bunun qarşısını almaq üçün də birbaşa təmas çox mühüm əhəmiyyət kəsb edir".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili