Ermənistanın dinc sakinləri hədəfə alması müzakirə edildi

09:00 14-10-2020 | icon 569 | Gündəm
Ermənistanın dinc sakinləri hədəfə alması müzakirə edildi

Dünən Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

 

XİN-dən Versus.Az-a verilən məlumata görə, nazirlər bölgədəki mövcud olan son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

 

Nazir Ceyhun Bayramov Moskva görüşündə əldə olunmuş humanitar atəşkəsə rəğmən Ermənistan silahlı qüvvələrinin Azərbaycanlı dinc insanları və mülki obyektləri, cəbhə zonasından çox kənarda yerləşən şəhərləri atəşə tutması, Ermənistanın növbəti dəfə beynəlxalq humanitar hüququ və öz öhdəliklərini kobud şəkildə pozduğunu qeyd edib.

 

Nazir Mevlüt Çavuşoğlu mülki şəxslərin hədəfə alınması ilə bağlı ciddi narahatlığını ifadə edib, Ermənistanın işğalçı siyasətinə son verilməsinin vacib olduğunu vurğulayıb.

 

Nazir Ceyhun Bayramov qardaş Türkiyənin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyinə hər zaman sərgilədiyi dəstəyinə görə təşəkkür ifadə edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

Sea Breeze Resort-da musiqi mövsümünün AÇILIŞI

Bax buna deyərlər SÖZ AZADLIĞININ BOĞULMASI

ÜMİD ADAM...

Cəsarət Valehova vəzifə verildi

Rezidenturaya qəbulun NƏTİCƏLƏRİ

Paşinyan Rusiya kanallarını BAĞLAYACAQ

Əzizə Cəfərzadənin Turanı - 63

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Azad edilmiş ərazilərdə daha 79 mina AŞKARLANDI

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu BAŞLADI