"Paşinyan elə zənn edirdi ki, böyük dövlətlər gəlib onun yerinə vuruşacaqlar”

13:18 14-10-2020 | icon 1330 | Gündəm
"Paşinyan elə zənn edirdi ki, böyük dövlətlər gəlib onun yerinə vuruşacaqlar”

PREZİDENT: "Azad edilmiş şəhər və kəndlərimiz Paşinyana və onun kimi insanlara ən gözəl cavabımızdır"

 

“Paşinyanın sərxoş vəziyyətdə rəqsi və Azərbaycan xalqına qarşı təhqirləri xalqımızı haqlı olaraq hiddətləndirdi. Biz onun acısını bu gün döyüş meydanında çıxarırıq”.

 

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Haber Türk” televiziyasına müsahibəsində bildirib.

 

Dövlət başçısının sözlərinə görə, döyüş meydanında Azərbaycan əsgəri göstərir ki, kim haqlıdır və kim nahaqdır:

 

“Döyüş meydanında biz gücümüzü və xalqımızın iradəsini göstəririk. Paşinyanın digər təxribatları cavabsız qalmır və qalmayacaq. Azərbaycan xalqının ləqayəti bərpa olunur.

Şəhidlərimizin qanı yerdə qalmır və qalmamalıdır. Bu gün azad edilmiş şəhərlər və kəndlər bizim Paşinyana və onun kimi insanlara ən gözəl cavabımızdır. O, artıq anladı ki, kim kimdir”.

 

“Mən ona xəbərdarlıq etmişdim. Mən ona demişdim ki, bu yol sizi fəlakətə aparacaq. Mən demişdim ki, Azərbaycan xalqının ləyaqəti ilə oynamasın, diqqətli, ehtiyatlı olsun. O zənn edirdi ki, dünya erməniləri onun müdafiə edəcək.

O zənn edirdi ki, böyük dövlətlər gəlib onun yerinə vuruşacaqlar. Bu gün də bunu istəyir. Bu gün də Rusiyanın Prezidenti hörmətli Vladmir Putinə dəfələrlə telefonla zəng edib. O telefon zənglərinin bir qismi mediaya verildi, bir qismi verilmədi.

Amma bizdə məlumat var ki, artıq son atəşkəsdən sonra Paşinyan Vladimir Putinə telefonla zəng edib və onun hərəkətləri göstərir ki, bu adam panikaya qapılıb, təşviş içindədir və özünü itirib.

Döyüş meydanında Azərbaycan ordusu düşmənə elə bir sarsıdıcı zərbə endirir ki, artıq onlar qeyri-adekvat vəziyyətə düşdülər”, - deyə Prezident qeyd edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

Bax buna deyərlər SÖZ AZADLIĞININ BOĞULMASI

Sea Breeze Resort-da musiqi mövsümünün AÇILIŞI

ÜMİD ADAM...

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Cəsarət Valehova vəzifə verildi

Əzizə Cəfərzadənin Turanı - 63

Paşinyan Rusiya kanallarını BAĞLAYACAQ

Rezidenturaya qəbulun NƏTİCƏLƏRİ

Azad edilmiş ərazilərdə daha 79 mina AŞKARLANDI

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu BAŞLADI