Deputatdan Avropa Birliyinin aministiya istəyinə İSTEHZA

23:45 18-10-2023 | icon 740 | Siyasət
Deputatdan Avropa Birliyinin aministiya istəyinə İSTEHZA

Razi Nurullayev: "Deyirlər üzə vurmayın, nə böyük iş olub ki?"

 

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev Avropa Birliyinin erməni separatçıları üçün geniş aministiya istəyini sərt tənqid edib.

 
 
Versus.Az xəbər verir ki, bu barədə şəxsi "facebook" hesabında paylaşım edən deputat Avropa Birliyinin bu aministiya istəyini istehza ilə qarşılayıb:
 
 
"Avropa Birliyi bütün separatçı ermənilər, o cümlədən onların nümayəndələri üçün geniş amnistiya istəyir.
Yəni deyir ki, Gəncəni, Tərtəri bombalayanları, Qarabağda mülki vətəndaşları qətl edənləri, Xocalı soyqırımını törədənləri, 1 milyon insanı 30 il didərgin salanları, 20 min Azərbaycan əsgərini şəhid edənləri, 30-40 min insanı əlil edənləri bağışlayın getsinlər.
 
Deyirlər ki, dağıdılmış, viran qoyulmuş 8 şəhərinizi, yüzlərlə kəndlərinizi, donuz saxlanılan məscidlərinizi, silinib atılmış yüzlərlə muzey və tarixi abidələrinizi Ermənistan rəhbərliyinin üzünə vurmayın. Nə böyük iş olub ki? Azərbaycanlılar ölüb də, Azərbaycan dağılıb da. Nə olsun ki?
 
Deyirlər ki, bir milyon mina basdırıb torpaqlarınızda. Eyib etməz, nə olar ki, yüzlərlə vətəndaşınız ölürsə-ölsün. Nə olsun ki?
 
Bunu demək çox asandır! Amma bu günə qədər o yaraların sağalması üçün nələr etmisiniz?
 
Siz bu humanistliyinizi və insansevərliyinizi 30 ildə nə Azərbaycana, nə də onun vətəndaşlarına göstərdiniz. İnanmırıq sizə!
 
Qətiyyən. Heç zaman. Heç vaxt! Xalq bunu istəməz və imkan verməz!"
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

Bax buna deyərlər SÖZ AZADLIĞININ BOĞULMASI

"Gürcüstan inqilaba hamilə deyil"

Sea Breeze Resort-da musiqi mövsümünün AÇILIŞI

ÜMİD ADAM...

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Cəsarət Valehova vəzifə verildi

Paşinyan Rusiya kanallarını BAĞLAYACAQ

Rezidenturaya qəbulun NƏTİCƏLƏRİ

Əzizə Cəfərzadənin Turanı - 63

Azad edilmiş ərazilərdə daha 79 mina AŞKARLANDI

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu BAŞLADI