Orta əsr xristian abidəsində arxeoloji tətqiqatlar aparılır - FOTO

11:53 23-10-2020 | icon 3378 | Araşdırma
Orta əsr xristian abidəsində arxeoloji tətqiqatlar aparılır - FOTO

2020-ci il sentyabrın 16-dan oktyabrın 15-dək AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiya şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışovun rəhbərliyi altında Qafqaz Albaniyası xristian abidələrinin arxeoloji tədqiqi ekspedisiyası Balakən rayonu ərazisində tədqiqat işlərini davam etdirib.

 

Versus.Az xəbər verir ki, bu barədə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu məlumat yayıb.

 

Bildirilib ki, tədqiqatın əsas obyekti rayonun Tülü kəndi ərazisində Qafqaz Albaniyasına məxsus ilk orta əsrlərə aid xristian abidəsi olub. Aparılan arxeoloji tədqiqat işləri nəticəsində 2019-cu ildə aşkar edilmiş üç zallı olması güman edilən kilsənin uzunluğu 14,70 m, eni 10,50 m-dir. Builki tədqiqatlarda kilsənin giriş qapılarından birinin cənub divarında olduğu müəyyən edilib.

 

Kilsənin qədim qalıqlarının üzərində sonrakı tarixi dövrlərdə birzallı kilsə inşa edilib ki,  onun uzunluğu qərb girişi ilə birlikdə 19 m, eni isə, 5,70 - 12,30 m arasında dəyişir. Bir zallı kilsənin ilk dövrlərdə cənub divarında olan və hələlik bizə bəlli olmayan səbəbdən hörülərək bağlanmış giriş qapısının yeri müəyyənləşib.

 

Memarlıq nöqteyi-nəzərən alt qatda yerləşən üç zallı abidə xristianlığın Suriya, üst qatda yerləşən abidə isə Bizans memarlığına yaxınlığı ilə xarakterizə edilir.

 

Son üç ildə bir zallı və üç zallı kilsənin xarici divarları boyunca aparılan arxeoloji tədqiqatlar nəticəsində çoxlu sayda maddi mədəniyyət nümunələri ilə yanaşı, xristian dəfn ənənəsinə uyğun bütöv şəkildə 40 insan skeleti və pərakəndə halda 30-dan artıq insana məxsus sümük fraqmentləri Arxeologiya və Etnoqrafiya İnstitutunun Antropologiya Mərkəzinə tədqiqat üçün təqdim edilib.

 

Xristian dəfn ənənəsində mərhumun əllərinin qoyuluş formasında fərqlər, ilk xristianlıq dövrü üçün xarakterik qəbirlər və dəfn prosesinin kilsə ətrafında intensivliyi - buranın uzun müddətli fəaliyyətinin göstəricisi kimi qəbul olunur.

 

Qeyd edək ki, Zaqatala-Yevlax-Tbilisi magistralı üzərində yerləşən bu abidə güclü turizm potensialına malikdir. Bu səbəbdən aidiyyəti qurumlar tərəfindən abidədə bərpa və konservasiya işlərinin görülməsi vacibdir.

 

Ekspedisiya rəhbəri N.Alışov bildirmişdir ki, müzəffər Ordumuzun qələbələri  azad edilmiş torpaqlarımızda Qafqaz Albaniyasının analoji abidələrinin tədqiqatı üçün də imkanlar yaradacaq.

 

Abidədə aparılan kompleks arxeoloji tədqiqatın yekunlaşması istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulur. Abidədə arxeoloji tədqiqatlara 2017-ci ildən başlanıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da