Mehdi Hüseynzadənin 100 illiyi ilə bağlı tədbirlər keçiriləcək

15:04 19-09-2018 | icon 526 | Siyasət
Mehdi Hüseynzadənin 100 illiyi ilə bağlı tədbirlər keçiriləcək

Prezident İlham Əliyevin Azərbaycan xalqının qəhrəman oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamına uyğun olaraq Sloveniyanın Lyublyana şəhərində anım tədbirləri keçiriləcək.

 

Azərbaycanın Ukraynadakı səfirliyindən Versus.Az-a verilən məlumata görə, səfirliyin təşəbbüsü ilə Ukrayna, Sloveniya və Azərbaycandan olan gənclərin birgə iştirakı ilə dekabrın 21-23 tarixlərində Lyublyana şəhərində “Mehdi Hüseynzadənin qəhrəmanlıq yolu ilə” şüarı altında layihə həyata keçiriləcək.

 

Layihənin keçirilməsində əsas məqsəd İkinci Dünya müharibəsi zamanı Azərbaycanın qəhrəman oğul və qızlarının keçmiş sovet ittifaqı ölkələri ilə yanaşı, Yuqoslaviya torpaqlarının azad olunmasında göstərdikləri qəhrəmanlıqları Azərbaycan, Ukrayna və Sloveniya gənclərinə çatdırmaq, hər üç ölkənin gənclərini vətənpərvərlik duyğuları ətrafında birləşdirməklə yanaşı, Mehdi Hüseynzadənin timsalında Azərbaycan xalqının döyüşkənlik ruhunu, tolerantlıq və multikultural düşüncə tərzini nümayiş etdirməkdir.

 

1941-1945-ci illərdə Yuqoslaviyanın alman faşizmindən azad olunmasında Azərbaycan və Ukraynanın qəhrəman oğullarının çiyin-çiyinə döyüşməsini, xüsusən də Mehdi Hüseynzadənin döyüşdüyü 9-cu korpusda çoxsaylı ukraynalıların olmasını nəzərə alan Ukraynanın Gənclər və İdman Nazirliyi də bu təşəbbüsə qoşularaq layihədə iştirakı nəzərdən keçirə biləcəklərini ifadə edib.

 

Dekabrın 22-də keçiriləcək yubiley tədbirləri çərçivəsində “Azərbaycan, Ukrayna və Balkan ölkələrinin müasir gəncliyinin yeni geosiyasi reallıqlar şəraitində təhdidlərə və çağırışlara baxışları” mövzusunda beynəlxalq konfransın da keçirilməsi nəzərdə tutulur. Tədbirə qatılacaq Azərbaycan və Ukraynanın aparıcı televiziya və KİV-ləri Mehdi Hüseynzadənin qəhrəmanlıq salnaməsini özündə əks etdirən reportaj və sənədli filmlər çəkməklə, əfsanəvi partizanın qəhrəmanlıqlarını geniş tamaşaçı auditoriyasına çatdıracaqlar. Tədbir çərçivəsində M.Hüseynzadə haqqında sloven, rus və Azərbaycan dillərində dərc olunmuş kitabın təqdimat mərasimi də olacaq. Tədbir iştirakçıları M.Hüseynzadənin qəbirüstü abidəsini, onun Ev Muzeyini və Maribo şəhərində ucaldılmış abidəsini ziyarət edəcəklər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili