"Diplomlu savadsızlar cəmiyyətə sırınır"

18:30 25-08-2023 | icon 942 | Cəmiyyət
"Diplomlu savadsızlar cəmiyyətə sırınır"

"Xüsusi qabiliyyətə malik şagirdlər peşə məktəblərinə yönləndirilsin"

 
 

"Yeni Xətt" Siyasi tədqiqatlar mərkəzinin növbəti toplantısı keçirilib. Toplantıda dünyada və respublikadakı ümumi ictimai-siyasi vəziyyət müzakirə olunub.

 
 
Versus.Az xəbər verir ki, bu barədə "Yeni Xətt" Siyasi tədqiqatlar mərkəzinin Mətbuat Xidmətinin məlumatında bildirilib.
 
 
Cəmiyyəti narahat edən problemlərə toxunulub. Ən aktual mövzulardan biri təhsil sahəsində olan əsas problemlərdən peşə məktəblərinin bugünkü vəziyyəti müzakirəyə çıxarılıb və bu sahədə olan nöqsanlar göstərilərək onların aradan qaldırılması məsələsi müzakirə olunub.
 
 
Qeyd edilib ki, bir neçə müddət əvvəl peşə məktəblərində ixtisaslı kadrların hazırlanması, onların istehsal sahələrində yerləşdirilməsi planlı şəkildə həyata keçirilirdi.
 
 
"Son on illər ərzində təhsil sahəsində aparılan siyasət nəticəsində peşə məktəbləri demək olar ki, tamamilə sıradan çıxıb. Bu da bugünkü gündə istehsal sahəsində ixtisaslı kadrların çatışmazlığına gətirib çıxarıb. Belə bir vəziyyətin yaranması diplomlu savadsızların universitetlər vasitəsilə cəmiyyətə sırınmasına səbəb olub. Buna görə də ali təhsilli savadsız işsizlərin sayı günbəgün artır"- deyə, tədbirdə bildirilib. Hesab edilir ki, bu problemlərin aradan qaldırılması üçün peşə məktəblərinin dövlət tabeliyində qalması şərti ilə günün tələbləri səviyyəsində bərpa olunmasi bu gün ən aktual mövzulardan biridir.
 
 
"Bu proses yerinə yetirilərsə, universitetlərdə savadsız ali təhsillilərin lazımsız yerə buraxılması məsələsi həll olunar. İlk növbədə ölkədə fəaliyyət göstərən şirkət və dövlət qurumlarına yetişdirilmiş mütəxəssilər hazırlana bilər"- deyə qeyd edilib.
 
 
"Yeni Xətt" siyasi tədqiqatlar mərkəzi peşə məktəblərinin yenidən bərpa olunmasını və onların statuslarının artırılmasını təklif edir:
 
 
"Həmin məktəblərə qəbul olunan tələbələrin gələcəkdə dövlət tərəfindən ixtisasına uyğun təmin olunması nəzərə alınsın. Orta məktəblərdə elmi biliklərə yiyələnə bilməyən, öyrənmə qabiliyyəti zəif olan, amma fitri istedada, xüsusi qabiliyyətə malik olan şagirdlərin seçilməsi, uyğun peşə məktəblərinə yönləndirilməsi tövsiyyə olunur. Bu, ölkəmizin gələcəkdə daha da inkişaf etməsinə təkan verə bilər".
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq