Sənin üçün ağlayıram, ŞƏHİDİM...

12:17 04-12-2020 | icon 1009 | Köşə
Sənin üçün ağlayıram, ŞƏHİDİM...

Bu, torpağı bizə Vətən etməyinin sevincidir...

TAHİRƏ QAFARLI

 

...Sənin üçün ağlayıram Şəhidim...

anadan, atadan, bacıdan, qardaşdan, sevgilidən, övladdan, canından da çox sevdiyin, uğrunda canını qurban edib qatıldığın torpağına qurban olum...


Sənin üçün ağlayıram, Şəhidim...

vətən sevgisi, vətən namusu, vətənin azadlıq sevdalısı, aşiqi olduğun, vətən üçün yanıb-yaxıldığın üçün. Cisminlə, ruhunla bu torpağa güc, sevgi, müqəddəslik bəxş etdiyin üçün. Bu torpağı sevdiyimizin dərin anlamını bizə dərk etdirduyin üçün...


Sənin üçün ağlayıram, Şəhidim...

gözümdən axan yaşlar, Sənin bir oğul, bir ər, bir övlad kimi əbədi gedişinin doğurduğu dərdlə deyil, əsla. Sən özün də bu anlamsızlığı qüruruna sığışdırmadın. Şəhidə yas tutulmaz, Şəhid anası, bacısı ağlamaz, başını dik tutar, dedin... amma qeyri-ixtiyari Sənə baxıram, ağlayıram, Şəhidim... bil ki, Səninlə qürurlanıram. Usanmadan vətəni hüdudsuz sevməyin, düşünmədən torpağını azad edib, düşmənə aman vermədən göstərdiyin o ləyaqətin, namusum, o şəırəf, o mənliyin, əzəmətin, möhtəşəmliyin, incə qəlbin, böyük ruhun vətən sevginin bizə bəxş etdiyi fəxarətin, qürurun təsəllisi, sevincidir bu göz yaşları... bu, torpağı bizə Vətən etməyinin sevincidir...


Sənin üçün ağlayıram, Şəhidim...

Bu azad torpağın hər qarışında Sənin izin var, qanın var, sevgin var... nərən var, düşmənə qəzəbin, bu torpağa verdiyin haqq-ədalətin hissi, hənirtisi var. Sən bizə qanınla, canınla yeni sevgili bir Vətən yaratdın. Şəhidim, Sən özün Vətən oldun bizə... Sən bu Vətənin, millətin kimliyi, mənliyi ləyaqəti, kişilik simvolu, elə Vətənin özüsən... bir toxum kimi bu torpağa səpildin. Bu millətin bağrında, bu vətənin baş ucunda elə bir ümid işığı, elə bir qəhrəmanlıq məşəli yandırdın ki, sönməz... bu, vətənə verdiyin cismin, ruhun...


Bu vətən özün kimi vətənlər doğuracaq. Sən bunu etdin Şəhidim...Sən bunu bizə yaşatdın...


Sənin üçün ağlayıram, Şəhidim...

bu göz yaşları sənə olan sonsuz sevgim, borcum, minnətdarlıq hissinin daim üzərinə çilənəcək narın çiskinidir... yenidən doğulmağının bizə yaşatdığı sevincdir...


Sənin üçün ağlayıram, Şəhidim...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Ənvər Sadıqov - 58

Azərbaycanda dəhşətli hadisə

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Fuad Muradov 7 kişini şantaj etdi və...

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI