Milli Məclisdə Qanunların icrasına nəzarət qrupu YARADILIR

14:39 05-02-2021 | icon 1256 | Gündəm
Milli Məclisdə Qanunların icrasına nəzarət qrupu YARADILIR

Milli Məclisdə yeni mexanizm formalaşdırılır.

 

Versus.Az xəbər verir ki, bu barədə Milli Məclisin Hesablayıcı komissiyasının sədri, deputat Eldar Quliyev məlumat verib.

 

Komissiya sədri bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq yaxın vaxtlarda Milli Məclisin nəzdində Qanunların icrasına nəzarət qrupu yaradılacaq:

 

“Həmin qrupda müxtəlif sahələri əhatə edən deputatlar təmsil olunacaq”.

 

O xatırladıb ki, ötən ilin martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasında çıxış edən Prezident İlham Əliyev qeyd etmişdi ki, deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Həmin vaxt dövlət başçısı demişdi:

“Mənim tövsiyəm ondan ibarətdir ki, nəinki kəmiyyətə, daha çox keyfiyyətə fikir verilsin. Çünki mövcud olan qanunların təkmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır. İcra strukturlarına mənim tərəfimdən göstəriş verilmişdir ki, qəbul edilmiş qanunların icrası nə yerdədir. Biz bir çox gözəl qanunlar qəbul edirik, eyni zamanda, Prezident tərəfindən bir çox önəmli sərəncamlar imzalanır, ancaq onların icrasına nəzarət lazımi səviyyədə deyil. Ona görə Prezident Administrasiyasında xüsusi şöbə yaradıldı. Hesab edirəm ki, Milli Məclis, deputatlar da bu işlərlə məşğul olmalıdırlar. Baxın, görün, qəbul olunmuş qanunlar icra edilir, yoxsa edilmir, bu qanunları pozurlar, yoxsa pozmurlar. Əgər belə hallar aşkarlanarsa, onda əlbəttə ki, ciddi cəza tədbirləri görülməlidir”. /Report/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR