Paşinyanın bəhanələri birdəfəlik bitdi

17:01 25-09-2023 | icon 724 | Siyasət
Paşinyanın bəhanələri birdəfəlik bitdi

Razi Nurullayev: “Bu ilin sonuna kimi sülh sazişi bağlana bilər”

 

“Paşinyan II dəfə seçkilərdə qalib olandan sonra Qarabağla bağlı qətiyyətli mövqe ortaya qoysaydı bu gün belə vəziyyətə düşməzdi. Paşinyan vaxt keçdikcə özünə qəbir qazmış oldu.  Əgər indi də Zəngəzur yolunun, Azərbaycan -Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı qətiyyətli addımlar atmasa, onun üçün məsuliyyətdən yayınmaq daha da çətinləşəcək və bu, hakimiyyətdən getməsinə şərait yaradacaq”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev oktyabrın 5-də Avropanın vasitəçiliyi ilə Prezident İlham Əliyevin Paşinyanla göruşü zamanı Sülh sazişinin imzalanmasının gerçəkləşməsi ehtimalını şərh edərkən bildirib.

 

Deputat qeyd edib ki, Azərbaycanın lokal antiterror əməliyyatlarından sonra Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması ilə bağlı ümidlər çoxalıb. Onun fikrincə, artıq bu ilin sonuna kimi sülh sazişi bağlana bilər.

 

R.Nurullayev hesab edir ki, Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında oktyabrın 5-də nəzərdə tutulan görüşdə, imzalanacaq sülh müqaviləsinin müəyyən konturları bəlli ola bilər və orada qəbul edilən sənəd  sülh prosesini yaxınlaşdıra bilər:

 

“Həmin sənədə kommunikasiyaların açılması, Zəngəzur yolu ilə bağlı məsələlər daxildir və düşünürəm ki, bu istiqamətdə irəliləyişlər əldə olunacaq”.

 

Paşinyanın qarşısında dayanan ən böyük problemin Qarabağdakı separatçılar olduğunu vurğulayan deputat qeyd etdi ki, Paşinyan daxildə müxalifətin, radikal qrupların təzyiqindən çəkinərək ictimai rəyə qarşı gedə bilmir, sülh müqaviləsini gecikdirərək vaxt udmağa çalışırdı:

 

“Amma indi vəziyyət dəyişib. Azərbaycan Paşinyanın əlində olan bəhanələri birdəfəlik yoxa çıxartdı. Artıq Paşinyanın qarşısında sülh müqaviləsini bağlamaq üçün maneə yoxdur. Paşinyan sülh müqaviləsini tez bir zamanda bağlamasa, yenə də səhv etmiş olacaq”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

Sea Breeze Resort-da musiqi mövsümünün AÇILIŞI

Bax buna deyərlər SÖZ AZADLIĞININ BOĞULMASI

ÜMİD ADAM...

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Cəsarət Valehova vəzifə verildi

Rezidenturaya qəbulun NƏTİCƏLƏRİ

Əzizə Cəfərzadənin Turanı - 63

Paşinyan Rusiya kanallarını BAĞLAYACAQ

Azad edilmiş ərazilərdə daha 79 mina AŞKARLANDI

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu BAŞLADI