Qar yağacaq - XƏBƏRDARIQ

16:23 15-02-2021 | icon 697 | Gündəm
Qar yağacaq - XƏBƏRDARIQ

Havanın dəyişəcəyi barədə xəbərdarlıq edilib.

 

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 17-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Fevralın 17-si axşam və 18-də yağışın fasilələrlə sulu qara, qara keçəcəyi ehtimal olunur.

 

Şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-25 m/s, fevralın 17-də axşam, 18-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcək. 

 

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək, fevralın 17-si axşam və 18-də 0 dərəcəyə yaxın olacaq. 

 

Fevralın 17-si Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 19-u səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv, güclü olacağı gözlənilir.

 

15-20 m/s sürəti ilə qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 27-32 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı, fevralın 17-də çovğun olacağı ehtimalı var.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

İsmayıl Osmanlı - 122