“Bundan sonra biz diqtə edən tərəf olmalıyıq”

14:00 08-08-2023 | icon 1104 | Siyasət
“Bundan sonra biz diqtə edən tərəf olmalıyıq”

Ramil Hüseynov: “Araik kimdir ki, bizim təkliflərimizi də sorğulasın”

 

“Araik kimdir ki, bizim təkliflərimizi sorğulasın. Azərbaycan insanlıq və bəşəriyyətin bütün humanizm prinsiplərinə söykənərək, beynəlxalq hüquq normalarını nəzərə alaraq öz mütərəqqi təkliflərini Ermənistan rəhbərliyinə təqdim edib. Reallıq o təkliflərin qəbul olunub, sulh sazişinin bağlanmasıdır. Sabah bu reallıqlar dəyişilə bilər. Təbii ki, sülh təkliflərimizə müharibə ritorikası ilə cavab verən Ermənistan tələblərimiz qarşısında aciz duruma düşə bilər”.

 

Versus.Az xəbər verir ki, bunu Yeni Xətt Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov erməni separatçılarının Azərbaycanın sülh təkliflərni qəbul etməyəcəkəri ilə bağlı rejim rəhbərinin verdiyi bəyanatlarla bağlı açıqlamasında bildirib.

 

R.Hüseynov qeyd edib ki, Azərbaycan siyasi etika nümayiş etdirərək, münaqişənin sülh yolu ilə həllinə dair imzalanmış  sənədlərə istinad edir:

 

“Biz o qaydalara,  o cümlədən imzamıza hörmət etməyi numayiş etdirdik və qısa zaman kəsiyində bütün dünya ictimaiyyətinin siyasi və ağıllı kəsimi bunun şahidi oldu. Bizim üçün artıq demək olar ki, zaman limiti yoxdu, bitib. Bunu Ermənistan rəhbərliyi ciddi şəkildə düşünsün”.

 

Ekspert qeyd edib ki, Araik kimiləri hansısa qruplar tərəfindən idarə olunan kukladır. Bu kuklanın sərsəm ifadələri bizi maraqlandırmır:

 

“O, insanlıq əleyhinə olan cinayətkar terrorçu, vandal təfəkkürə malik bir qrup şəxsin əlində istifadə olunan canlı varlıqdır. Biz onun həbs olunması üçün tədbirlər planı qurmalıyıq. Əslində bunu bütün demokratik dəyərlərə xidmət edən, insan hüquqlarına hörmətlə yanaşan dövlətlər istəməlidir. Təssuflər olsun ki, hər zamankı kimi bu ədaləti də biz təkbaşına dunyaya bəxş edəcəyik”.

 

Ekspert hesab edir ki, Azərbaycan öz torpağında, sərhədləri daxilində istənilən əməliyyatı apara bilər və heç kim bizə müdaxilə edə bilməz, kiminsə buna cəsarəti yetməz:

 

“Biz Zəfərdən sonra bütün güzəştləri verdik - siyasi, iqtisadi, insani hərbi və humanist addımları atdıq. Bundan sonra biz diqtə edən tərəfə çevrilməliyik. Torpaqlarımızı tamamən yer üzünün bu murdar varlığından təmizləməliyik”.

 

Azərbaycanın Ermənistana sülh təklif etdiyini və müharibədən sonra 3 il olar ki, bu ölkənin müxtəlif təxribatlarla danışıqlardan yan keçdiyini deyən R.Hüseynov hesab edir ki, artıq ermənilərin nazı ilə oynamamalıyıq:

 

“Ermınistan hiss etməlidir ki, sülh daha çox ona lazımdır. Bizim şanlı ordumuz öz gücünü, qüdrətini 44 günlük müharibədə  və sonrakı mərəhələlərdə göstərib. Dəmir yumruq yerindədir və  daha güclüdür, sərrastdır, daha qətiyyətli, daha prinsipialdır. O yumruq işə düşsə, biz öz tarixi dədə-baba torpaqlarımızı da  azad edəcəyik. Hansı ki, bu gün onlar orda dövlət qurub, paytaxt edib bizimlə öz sarsaq düşüncələri ilə danışmağa cəhd edirlər. Tələblərimiz bundan sonra siyasi leksikona gətirilməldir. Bu erməni xalqı mədəni dildə anlayan deyil. Onların dilini bizim şanı ordumuz bilir və həm də bizi İrəvan gözləyir”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq