“Gədəbəydə doğulan şairlər” - TƏQDİMAT

21:01 10-04-2021 | icon 720 | Ədəbiyyat
“Gədəbəydə doğulan şairlər” - TƏQDİMAT

Aprelin 8-də 2021-ci ildə “Sağlamlığın Qorunması” İctimai Birliyinin və Gədəbəy rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Gədəbəydə doğulan şairlər” kitabının onlayn təqdimatı keçirilib.

 

Versus.Az xəbər verir ki, “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanın moderatorluğu ilə keçirilən təqdimatda 50-dən çox ziyalı, o cümlədən millət vəkilləri, Gədəbəy rayon rəhbərliyi, tanınmış sənət adamları, yazarlar iştirak edib.

 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva nəşr olunan kitabın ən yeni dövr Azərbaycan ədəbiyyat tarixinə bir ərmağan olduğunu vurğulayaraq, kitabdakı materialların öz oxucularına rahatlıqla çatması üçün "pdf" formatında internetdə ("e-kitabxana"larda) yerləşdirilməsini tövsiyyə edib. O, qalib ölkənin vətəndaşları olaraq qürur hissi yaşadığımızı dilə gətirərək, ədəbiyyatımızın, özəlliklə yeni nəsil yazarlarının bu qüruru, tarixi zəfərin mahiyyətini öz əsərlərində təbliğ və tərənnüm etməyə çağırıb.

 

“Gədəbəydə doğulan şairlər” kitabının yaradıcı heyətini təbrik edən Q.Paşayeva, bu nəfis işi və mötəbər təqdimatı gədəbəyli şairlərin yaradıcılığına verilən dəyər, mərhum şairlərin ruhuna ehtiram olaraq qiymətləndirib. Komitə sədri kitabda şeirləri yer alan şairlər bir bölgəni təmsil etsə də, nəşrin ümumazərbaycan ədəbiyyat mənzərəsini bir kitab və bəlli tarixi mərhələ üzrə izləmək imkanı verdiyini deyib.

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Manyak ƏLƏ KEÇDİ

Sakinlərin NƏZƏRİNƏ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ