Erməni polkovnik etiraf etdi

14:21 07-06-2021 | icon 885 | Müharibə
Erməni polkovnik etiraf etdi

“17 yük maşını minanı Laçın və Kəlbəcər istiqamətində basdırmışıq”

 

Erməni polkovnik Koryun Qumaşyan Laçın və Kəlbəcər istiqamətində törədilmiş təxribatı etiraf edib.

 

Sosial şəbəkənin Ermənistan seqmentində yayılan videoda erməni polkovnik rəhbərlik etdiyi kontingentlə birlikdə 17 yük maşını minanı Laçın və Kəlbəcər ərazilərində basdırdığını bildirib.

 

“Mən elə bir adamam ki, mənimlə danışıqlar başqa cür aparıla bilməz. Həmin ərazinin xəritəsini Azərbaycana yalnız bir şərtlə verə bilərəm. Bizim əsirləri (terrorçu-diversantları - red.) qaytarın. Sizdə nə qədər əsir varsa, siz ondan daha çox zərər görəcəksiniz. Mədənin içərisinə və çöl ərazilərinə minalar elə formada yerləşdirilib ki, istəyirsiniz İngiltərədən, Rusiyadan mütəxəssislər gətirin, yenə də təmizləmək mümkün olmayacaq. Bizim əsirləri verin və mən də xəritənin harada olduğunu deyim, siz də götürün və həmin əraziləri minasızlaşdırın”, - deyə Qumaşyan bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni formalaşan parlament daha aktiv olacaq”

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Bakıdakı qətlin DETALLARI

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər

Həftəsonları təmizlik aksiyaları keçiriləcək

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Sürücülərin NƏZƏRİNƏ

COP29 çərçivəsində növbəti GÖRÜŞ