"Qızıl qələm"i ucuzlaşdırıb gözdən salanlar

08:39 18-06-2021 | icon 550 | KİV
"Qızıl qələm"i ucuzlaşdırıb gözdən salanlar

Müşfiq Ələsgərli: "Bizim təşkilatımız JuHİ, onlar isə KİV işçilərinin Həmkarlar ittifaqıdır"

 

""Qızıl qələm" mükafatını əvvəlcə 100, sonra 50, axırda 30 manata satan şəbəkə yadınızdadırmı? Həmin qrup indi daha prestijli qarşılanacaq yeni ödül quraşdırıb: "ULU ÖNDƏR" Fəxri Media Mükafatı. "15 iyun-Qurtuluş günü"ndə ilk təqdimatlarını ediblər".

 
 
Versus.Az xəbər verir ki, bu barədə açıqlamasında Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli bildirib.
 
 
O bildirib ki, laureat duyuq düşüb, işi tez anlayıb, "mükafatı" geri qaytarıb:
 
 
 
 
 
"Amma başqa ünvanlara üz tutmayacaqları nə məlum? Əgər "Qızıl qələm"i ucuzlaşdırıb gözdən saldıqları zaman layiqli cavablarını alsaydılar, indi bu cür oyunlarla risq etməzdilər".
 
 
M.Ələsgərli qeyd edib ki, Azərbaycan Respublikasının rəsmi "Heydər Əliyev" ordeni mövcuddur, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" 10 mart 2004-cü il tarixli, 38 nömrəli Fərmanı ilə təsdiq olunub.
KİV İşçilərinin Həmkarlar İttifaqının quraşdırdığı ödülün statusu nədir?
 
 
JuHİ sədri mətbuat nümayəndələrinə müraciətlə vurğulayıb ki, bu cür hallarla üzləşəndə Jurnalistlərin Həmkarlar İttifaqına üz tuturlar:
 
"Təşəkkürümü çatdırıram ki, bizi xəbərdar edirlər. Amma hər kəsin bilməsi lazım: bizim təşkilatımız Jurnalistlərin Həmkarlar İttifaqıdır (JuHİ), onlar isə KİV işçilərinin Həmkarlar ittifaqı".
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Valideynlərin NƏZƏRİNƏ

Tanınmış yazar MHB-yə üzv oldu

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR