”Fulya haqda filmi dəstəkləyənlər və tənqid edənlər var"

16:54 21-06-2021 | icon 386 | KİV
”Fulya haqda filmi dəstəkləyənlər və tənqid edənlər var"

Fulya Öztürk: "Ben Azerbaycanda çok acı gördüm, ən doğal, ən samimi halimlə anlattım... "

 

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” “CNN Türk”ün reportyoru, 44 günlük müharibədə qaynar reportajlar təqdim etmiş Fulya Öztürk haqda sənədli film çəkir. Layihədə Fulyanın və kamera operatorunun çəkdiyi, yayımlanmamış 11 saatlıq video materiallardan istifadə edilir. Çəkilişlər İstanbul, “CNN Türk”də başlayıb, daha sonra Gəncə, Tərtər, Bərdə, Füzulidə davam edərək, Şuşada yekunlaşacaq.

 

Filmin rejissoru Tahir Tahiroviç isə bildirib ki, 44 günlük müharibə haqda “Fulya” adlı sənədli film hazırlanır, orada hadisələr, digər müharibə reportyorlarının fəaliyyətindən də bəhs olunacaq. Rejissor deyib ki, filmin ideyası və müəllifi bizik: “Fulya Öztürkün müdafiəsinə ehtiyac yoxdur”.

 

 


Bu məsələ cəmiyyətdə birmənalı qarşılanmayıb, müzakirələrə, mübahisələrə səbəb olub.
Teleaparıcı Turan İbrahimov hesab edir ki, türkiyəli həmkarımız Fulya Öztürk əslində heç bir fədakarlıq etməyib: “Gördüyü iş ona çalışdığı media qurumu tərəfindən göstərilmiş böyük etimad idi. O da etimadı yüksək peşəkarlıqla doğruldub. Qarşılığında da gözəl maaş, əlavə bonus, mükafatlar alıb”.



Lakin onun fikirlərini bölüşməyənlər bir türk qızının, dünyada brend media olan bir KİV-in əməkdaşının xidmətlərinin dəyərləndirilməsini normal sayır, bunu həm də Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi baxımdan əhəmiyyətli hesab edirlər.

 

Hazırda sosial şəbəkələrin Azərbaycan seqmentində bir neçə gündür ki, cəmiyyət ikiyə haçalanıb, Fulya haqda filmi dəstəkləyənlər və tənqid edənlər var. Doğrudur, tənqid edənlər çox azdır. Amma hətta 1 nəfər olsa da, bunu çox hesab etmək olar. Jurnalist özü isə baş verənləri təəssüflə qarşılayıb.

 

Qeyd edək ki, teleaparıcı Turan İbrahimovun CNN Türk telekanalının əməkdaşı Fulya Öztürklə bağlı yazdığı tənqidi statusa qarşı tərəfdən cavab gecikməyib.

 

Fulya Öztürkün fikirlərini olduğu kimi təqdim edirik.

 

-Öncelikle sizi 2-ci Karabağ SAVAŞI döneminde hatırlamıyorum . Sizinle tanışmadık . Size mesaj yazmak istemezdim . Ama bu büyük haksızlık karşısında yazacaklarımı iyi okumanızı istiyorum. Ben 15 YILDIR cnn Türk kanalında habercilik yapıyorum . Benım Türkiye’de gitmediğim zor coğrafya kalmadı... Suriye , Afrika ve Doğu ‘da çok zor coğrafyalarda habercilik yaptım . Öyle artistlik değil gerçekten . Yüzüme 1 gram makyaj sürmeden . En samimi halimle ... Benim aldığım maaşı biliyor musunuz ? Çok merak ederseniz sizinle paylaşabilirim? Ben Karabağ savaşına kendim gitmek istedim . Bunu isterseniz Cnn Türk kanalından öğrenebilirsiniz... Ben Karabağ gelmeden önce Şırnak’ta terörle mücadeleyi görüntülemek PKK DOSYASI hazırlamak İÇİN Şırnak’taydım... Bunun tarihlerine de Youtube’dna bakabilirsiniz ... Ben Türkiye’de haber muhabiri olarak zaten tanınan biriyim . İsterseniz biraz daha araştırma yapın isterim . TEDx konuşmacısı olmuş , onlarca ödüller almış bir insanım... Ve ben muhabirlik yapmak İÇİN çok bedel Ödemiş ve çaba sarfetmiş bir insanım... Keşke bu haksızlığı yapmasaydınız ... Vicdanınızı sorgulamanızı isterim ... Ben Azerbaycan ‘da çok acı gördüm . En doğal en samimi halimle anlattım... Bileğime 10 yıl önce kazıdığım ay yıldız dövmemle gerçek Bir Türk evladı olarak Azerbaycan’ın da her zaman yanında olacağım. İnsanları karalamadan önce elinizi VİCDANINIZA Koyun”...

 

Sevda
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Valideynlərin NƏZƏRİNƏ

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?