Bir əsrlik tarixi olan kinoteatrı aldı

10:58 08-07-2021 | icon 1387 | Film
Bir əsrlik tarixi olan kinoteatrı aldı

“Oscar” mükafatı laureatı Kventin Tarantino Los-Ancelesdə şəhərin qədim “Vista” kinoteatrını alıb.

 

THR-in məlumatına görə, bu barədə məşhur rejissorun özü elan edib.

 

O, koronavirus pandemiyası səbəbiylə bağlanan bir otaqlı bir kinoteatrın, ehtimal ki, bu ilin sonunda açılacağını bildirib.

 

“Sansetdəki “Vista”nı aldım. Ehtimal ki, Milada kimi açarıq. Orada həm köhnə, həm də yeni filmlər təqdim olunacaq. O, “New Beverly Cinema”ya  (Tarantinonun daha bir kinoteatrı) oxşamayacaq, oranın öz atmosferi var. “Vista” - kral tacında gözəl bir mirvaridir”, - deyə o vurğulayıb.

 

Qeyd edək ki, 400 nəfərlik “Vista” kinoteatrının təqribən bir əsrlik tarixi var. İlk dəfə o, 1923-cü ilin oktyabrında açılıb. İllər keçdikcə burada həm vodevil, həm də film nümayişləri olub.

 

Xatırladaq ki, “Oskar”, “Qızıl Palma Budağı”, “Qızıl Qlobus”, həmçinin Britaniya kino və televiziya incəsənətləri akademiyası mükafatları laureatı Kventin Tarantino bu yaxınlarda onuncu filmini çəkdikdən sonra kinodan ayrılacağını açıqlayıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni formalaşan parlament daha aktiv olacaq”

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Bakıdakı qətlin DETALLARI

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər

Həftəsonları təmizlik aksiyaları keçiriləcək

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Sürücülərin NƏZƏRİNƏ

COP29 çərçivəsində növbəti GÖRÜŞ