İctimai nəqliyyatda kütləvi yoxlama-nəzarət tədbirləri keçirilir

14:04 23-08-2021 | icon 1055 | Gündəm
İctimai nəqliyyatda kütləvi yoxlama-nəzarət tədbirləri keçirilir

Koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə polis ictimai nəqliyyatda kütləvi yoxlama-nəzarət tədbirləri keçirir. 

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, xidməti formada və mülki geyimdə keçirilən tədbirlərdə tibbi maskadan istifadə etməyən, müəyyən olunan norma və qaydalara əməl etməyən şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq olunur, hərəkət iştirakçıları və sürücülərlə ilə profilaktik söhbətlər aparılır. 

 

Polis əməkdaşları tərəfindən virus riskinin yüksək olduğu Bakı Metropoliteninin metrostansiyalarında, ictimai nəqliyyatda, taksilərdə, eləcə də digər qapalı məkanlarda sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilir. 

 

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə uyğun olaraq, paytaxt, eləcə də digər rayon və şəhərlərdə karantin rejimi qaydalarına əməl olunmasını təmin etmək məqsədilə daxili işlər orqanlarının əməkdaşları tərəfindən gücləndirilən nəzarət-profilaktik tədbirləri davam etdirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ