AzerTelecom “Baku Tel 2018” sərgisində iştirak edəcək

12:31 26-11-2018 | icon 574 | İqtisadiyyat
AzerTelecom “Baku Tel 2018” sərgisində iştirak edəcək

 

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti "AzerTelecom" cari ilin 4-7 dekabr tarixlərində Bakıda keçiriləcək “BakuTel 2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi və konfransında iştirak edəcək.

 

Versus.Az xəbər verir ki, artıq ənənəvi olaraq hər il keçirilən “BakuTel 2018” sərgisində şirkətin ayrıca stendlə iştirak məqsədi geniş çeşidli telekommunikasiya xidmətlərinin və həllərinin sərginin yerli və beynəlxalq iştirakçılarına təqdim edilməsidir. Sərgi çərçivəsində həmçinin müxtəlif yerli və xarici şirkətlərin nümayəndələri ilə faydalı fikir və təcrübə mübadiləsinin aparılması, tərəfdaşlarla mövcud əlaqələrin daha da genişləndirilməsi və yeni biznes ələqələrin qurulması nəzərdə tutulub.

Şirkət təqdim etdiyi məhsul və həllər barədə ətraflı məlumat əldə etmək üçün bütün potensial müştəriləri və tərəfdaşları öz stendini ziyarət etməyə dəvət edir.

 

Qeyd edək ki, Baku Expo mərkəzində keçirilən sərgidə bu il dünyanın 20 ölkəsini təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir. İştirakçıların arasında İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları, tanınmış brendlərin distributorları və gənc ixtiraçılar var. Sərgidə ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, İran, Fransa, Türkiyə, Sloveniya, Xorvatiya kimi ölkələrin milli stendləri nümayiş etdiriləcək.

 

AzerTelecom Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir. Şirkət internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), VoİP xidməti, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ