Gürcüstandan İrana SƏRT XƏBƏRDARLIQ

12:00 06-10-2021 | icon 792 | Gündəm
Gürcüstandan İrana SƏRT XƏBƏRDARLIQ

Azərbaycana qarşı təhdid yaranarsa...

 

“Gürcüstan İran nəqliyyat vasitələrinin ölkə ərazisinə quru yolu ilə daxil olmalarına qadağa qoyması rəsmi Bakı ilə Tiflis arasındakı strateji tərəfdaşlığın, müttəfiqliyin hansı səviyyədə olduğunu göstərir”.

 

Versus.az xəbər verir ki, bu sözləri politoloq Turab Rzayev deyib.

 

O, bildirib ki, Gürcüstan bununla İrana açıq mesaj verir ki, regionda onun müttəfiqi Azərbaycandır və ona təhdid, təhlükə olarsa, o da bütün imkanları ilə dəstək verəcək:

 

“Azərbaycan tərəfi region ölkələrinə 3+3 formatını təklif edib. Yəni üç Qafqaz ölkəsi, üç də ətraf ölkə formatda iştirak edə bilər. Lakin görünür, bəzi ölkələr bunu yanlış anlayıb. Ölkə başçısının dediyi kimi, istəyən bu formata qoşula bilər, istəməyən də özü bilər. Yəni biz bu formata 2+2 olaraq da davam edə bilərik.

Bundan başqa Gürcüstan 3+2 formatını da təklif edir. Yəni üç Qafqaz ölkəsi Türkiyə və Avropa Birliyi. Bu formatda da İrana yer yoxdur. Rəsmi Tehran hazırkı tutumunda israr etsə, Ermənistan xaric, bütün region ölkələrini qarşısına alacaq. Bu da tədricən onun iqtisadi blokadaya düşməsinə gətirib çıxaracaq”.

 

Xatırladaq ki, ötən gün İran hava məkanını Naxçıvana hərbi məqsədli uçuşlar üçün bağladığını bildirmişdi. /savash.org/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR