Noğulumuz bu ölkələrin bazarlarına çıxa bilər

20:04 26-11-2018 | icon 529 | Sosial
Noğulumuz bu ölkələrin bazarlarına çıxa bilər

 

Azərbaycanın "Can-Pa" qənnadı şirkəti 2019-cu ildə məhsullarının Rusiya, Özbəkistan və Birləşmiş Ərəb Əmirliklərinə ixracını təşkil etmək niyyətindədir.

 

Versus.Az xəbər verir ki, bu barədə şirkətin marketinq üzrə direktoru Günay Xələfzadə məlumat verib. Onun sözlərinə görə, hazırda "Can-Pa" xaricə mal tədarük etmir, lakin şirkət öz məhsullarının təşviqi və ixrac müqavilələrinin imzalanması üçün sərgilərdə fəal iştirak edir.

G.Xələfzadə xatırladıb ki, "Can-Pa"nın məhsulları – rahatluqum, marmelad, draje konfeti, həmçinin noğul Daşkənddə UZPRODEXPO qida sərgisində nümayiş etdirilib:

 

"Özbəkistan bizə yaxın ölkə olduğu üçün bu istiqamətdə ixrac təşkil etmək istəyirik. Biz UZPRODEXPO-nun təşkilatçılarına müraciət edərək 21-23 noyabr tarixlərində keçirilmiş sərgidə öz stendimizi açmışdıq".

 

Marketinq üzrə direktor qeyd edib ki, 2019-cu ildə şirkət yerli istehsalı artırmaq, bununla da Rusiya və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bazarlarına çıxmaq niyyətindədir:

 

"Şirkətimiz 2018-ci ilin 5-9 fevralında AzPromo-nun dəstəyi ilə Moskvada "Prodekspo" sərgisində iştirak etdi. 2019-cu ilin 17-21 fevralında isə Dubayda 24-cü "Gulfood" sərgisinə qatılmağı planlaşdırır".

 

Onun sözlərinə görə, şirkət Özbəkistana ixrac həyata keçirmək üçün sertifikat alıb, hazırda isə Moskvaya tədarükün təşkili ilə bağlı danışıqlar aparılır.

 

Xatırladaq ki, "Can-Pa" MMC 2003-cü il martın 18-dən fəaliyyət göstərir. Qənnadı şirkəti həm istehsalatla, həm də pərakəndə satışla məşğuldur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA