Bir milyon uşaq ölə bilər

08:52 26-10-2021 | icon 371 | Dünya
Bir milyon uşaq ölə bilər

Əfqanıstan əhalisinin yarıdan çoxu 2021-2022-ci illərin qışında “böhran” və ya “ifrat” səviyyədə ərzaq çatışmazlığı yaşayacaq.

 

Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və BMT Ümumdünya Ərzaq Proqramının (WFP) birgə hesabatına görə, quraqlıq, silahlı qarşıdurma, COVID-19 pandemiyası və iqtisadi böhran Əfqanıstanın ərzaq əldə etməsinə mənfi təsir göstərib.

 

Hesabatın müəllifləri vurğulayır ki, Əfqanıstanda aclıq həddində olan insanların sayı bu ilin aprel ayı ilə müqayisədə 37 % artıb.

 

İlin sonunadək kəskin aclıq beş yaşınadək təxminən 3,2 milyon uşağa təsir edə bilər və onlardan təxminən 1 milyonu ehtiyac duyduğu təcili yardımı almazsa ölə bilər. Yaxınlaşan qış ehtiyacı olan ailələri humanitar yardımdan məhrum edə bilər.

 

“İnsanları vədlərlə doyura bilmərik: maliyyə öhdəlikləri real pula çevrilməli və beynəlxalq ictimaiyyət nəzarətdən sürətlə çıxan bu böhranı aradan qaldırmaq üçün birlikdə çalışmalıdır”, - deyə WFP-nin icraçı direktoru Devid Bizlei bildirib.

 

Əfqanıstan əhalisinə yardım göstərmək üçün hər ay təxminən 220 milyon dollar tələb oluna bilər. FAO bu il 3,5 milyondan çox insana yardım edəcəyini və Əfqanıstan xalqının təcili yardım üçün 11,4 milyon dollara və 2022-ci il kənd təsərrüfatı mövsümü üçün 200 milyon dollara ehtiyacı olacağını açıqlayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Güləşçimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya QAZANDI

Xətai rayonunda evlər plana düşdü

Hərbçilərimizin Türkiyədəki TƏLİMLƏRİ

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər