“Sülhməramlılar Qarabağda 2030-cu ilə qədər qalacaq” İDDİASI

09:12 03-11-2021 | icon 833 | Gündəm
“Sülhməramlılar Qarabağda 2030-cu ilə qədər qalacaq” İDDİASI

Ermənistan Təhlükəsizlik Şurasının Baş katibi Armen Qriqoryan ötən həftəsonu açıqlama verib ki, rusiyalı sülhməramlı kontingenti 2020-ci il 10 noyabr razılaşmasından nəzərdə tutulduğundan daha uzun müddətə Qarabağda qalacaq. Armen Qriqoryan Azərbaycanla delimitasiya və demarkasiyaya hazır olduqlarını, amma bu istiqamətdə irəliləyişin olmadığını da əlavə edib.

 

Xatırladaq ki, 2020-ci il 10 noyabr razılaşmasına görə Rusiya sülhməramlı qüvvələri Qarabağda azı 5 il müddətində yerləşdirilir. Azərbaycan tərəfi həmin müddətin bitməsinə 6 ay qalmış Rusiya tərəfini missiyasını yekunlaşdırması barədə xəbərdar etməzsə, sülhməramlıların qalma müddəti yenidən avtomatik 5 il uzadılacaq. Beləliklə, Ermənistan tərəfinin versiyasına görə, sülhməramlı kontingentin qalma müddəti 2025-ci ildə deyil, azı 2030-cu ilin noyabrına qədər davam edəcək. Erməni rəsmilərinin müddətlə bağlı verdikləri açıqlamalar hansı məntiqə əsaslanır?

 

Ceyhun Məmmədov: Pandemiyadan xilas olmağın yolu karantin qaydalarına  riayət etməkdən keçir - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

 Ceyhun Məmmədov

 

YAP-çı deputat Ceyhun Məmmədov zərurət yaranarsa, mütləq bu məsələyə baxılacağını qeyd etdi:

“Bu daha çox Ermənistanın, xüsusilə də Qarabağdakı xunta rejiminin arzusudur. Azərbaycanın razılığı olmadan bu barədə qərar qəbul edilə bilməz. Noyabr razılaşmasına əsasən, 5 ilin tamamında bu məsələyə yenidən baxılacaq. Əgər belə zərurət yaranarsa, bu məsələ birgə müzakirə olunacaq. Ona görə Ermənistan indi fikrini daha çox delimitasiya və demarkasiya yönəltsin. Yekun sülh müqaviləsinin imzası barədə düşünsün. Başqalarının yerinə özündən qərar qəbul etməsin.  Bu məsələyə qədər hələ xeyli görüləsi işlər var”.

 

Əziz Əlibəyli: Tibbi maska istehsalı həm koronavirusla mübarizəyə mühüm  töhfədir, həm də Azərbaycanın bu sahədə asılılığını aradan qaldırır - "İki  sahil"

Əziz Əlibəyli

 

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli prosesləri bu cür dəyərləndirdi: 

“Rus sülhməramlılarının Qarabağda 2030-cu ilə qədər qalması ermənilərin arzusudur. Bilirsiniz ki, 10 noyabr razılaşmasında nəzərdə tutulmuşdu ki, tərəflərin hər ikisinin icazəsi olsun. Prinsipcə 1960 rus əsgəri bizə problem yaratmır. Amma prinsipcə əsas məsələ rusların qeyd olunan ilə qədər orada qalması deyil. Əsas vacib məsələ inteqrasiyanı həyata keçirməklə bağlıdır. İnteqrasiyaya ruslar hansı formada mane olur? Əsas olan bu sualdır. Sülh müqaviləsindən sonra ermənilər gerçəkliyi qəbul etməyə məcbur qalacaqlar. Bundan sonra Ermənistanın proseslərə müdaxilə cəhdləri  tam sıfıra enəcək və Azərbaycanın rus sülhməramlılarla bağlı məsələ öz daxili işimizə çevriləcək. Belə məsələlərin həlli üçün zaman lazımdır”.

 

azer huseynov.jpg (95 KB)

Azər Hüseynov

 

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov hesab edir ki, Rusiya tərəfindən Türkiyənin bu bölgəyə buraxılmasının pərdəarxası məqamları var:

“Ermənistanın ən böyük problemi odur ki, iqtisadi maraqların önə keçdiyi postpandemiya dövründə onun müttəfiqlərinə təqdim edəcəyi real dividentlər yoxdur. Bunun əksinə Azərbaycan dünyaya iqtisadi cəhətdən maraqlıdır. İşğaldan azad edilmiş ərazilərdə quruculuqda Qərb və bölgə şirkətlərinə iqtisadi yatırımlar üçün imkan yaranır. Eyni zamanda bura yeni tranzit yolları da daxildir. Ona görə də ABŞ və Fransa belə ermənilərin arzuladıqları kimi onları dəstəkləmir. Rusiya isə Türkiyəni bölgəyə qara qaşına, gözünə görə buraxmadı. Rusiya problemlər səbəbi ilə özünə müttəfiq axtarır. Türkiyə keçici olaraq ən yaxşı variantdır. Bir də ABŞ və Fransa geosiyasi olaraq bölgədən uzaqdır. Onların bura qoşun göndərməsi real deyildir. Çünki Fransa və ABŞ üçün bu dəqiqə digər prioritetlər vardır. Fransa Afrika, ABŞ isə Yaxın Şərq ilə məşğuldur. Ermənilərə bir variant qalır, o da bizimlə və türklərlə anlaşmaqdır. Rusların burada sülhməramlı olaraq qalmasının uzadılmasına Azərbaycan bir şərtlə razılıq verə bilər. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın. Bu zaman ruslar ancaq Azərbaycanın erməni vətəndaşlarına müvəqqəti qarant ola bilər. Bu da yerli inteqrasiya proqramları başa çatana qədər. Ruslar cığallıq edə bilərmi? Edə bilər. Bunun qarşısını almaq üçün türklərlə daha sıx olmalıyıq. AKP-nin növbəti seçkilərdə udması üçün Türkiyəyə dolayısı dəstək verməliyik. Eyni zamanda regional konfiqurasiyaların bir-birinə bağlanmasında ciddi işləməliyik”. /“Yeni Müsavat”/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

İsmayıl Osmanlı - 122