“Zəfər Ağacı" ABİDƏSİ

13:43 03-11-2021 | icon 1019 | Gündəm
“Zəfər Ağacı" ABİDƏSİ

Hündürlüyü 2.9 metr, eni 2.2 metr, çəkisi 400 kiloqram

 

STP Şirkətlər qrupu Böyük qələbəmizdən sonra ilk dəfə qeyd etdiyimiz 8 noyabr, Zəfər Günü münasibətilə Zəfər ağacı abidəsi hazırlayıb.

 

Versus.Az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.

 

Verilən məlumata görə, abidə 44 günlük Vətən müharibəsində canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədi daşıyır:

 

Zəfər ağacı paslanmaya davamlı metaldan hazırlanmış gövdə və budaqlardan, həmçinin budaqlardan asılmış şəhidlərimizin adları yazılmış 3000 metal hərbi adlıqlardan ibarətdir. Ağacın hündürlüyü 2.9 metr, eni 2.2 metr və çəkisi 400 kq-dır. Azərbaycan vətəndaşları və şəhərimizin qonaqları Zəfər Ağacını görmək üçün 7 noyabr tarixinə kimi Bakı Bulvarı ərazisində keçirilən “Qarabağ qəhrəmanlarının izi ilə” adlı yarmarkanı ziyarət edə bilərlər. Zəfər Ağacı 8 noyabr tarixində Sumqayıt Şəhərinin Şəhidlər Xiyabanında quraşdırılması planlanır.

 

STP Şirkətlər qrupundan bildirilib ki, yarmarkadan əldə olunacaq vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədi ilə “YAŞAT” Fonduna ianə ediləcək.


LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR