Amaşovdan DSX rəisinə ÇAĞIRIŞ

11:02 02-12-2021 | icon 596 | KİV
Amaşovdan DSX rəisinə ÇAĞIRIŞ

"Bu mayora qarşı ölçü götürün!"

 

Dövlət Sərhəd xidmətinin zabiti, mayor Rövşən Cahangirovun xidməti vəzifəsini yerinə yetirən, hərbi helikopter qəzası zamanı həlak olmuş hərbçilərlə vida mərasimində çəkiliş aparmaq istəyən "Baku TV"nin əməkdaşlarına qarşı nalayiq hərəkəti yolverilməzdir, jurnalistlərin sərbəst fəaliyyətinə maneçilik cəhdidir.

 

 

Versus.az xəbər verir ki, bu sözlər Azərbaycan Mətbuat Şurasının yaydığı bəyanatda qeyd olunub.

 

Bəyanatda deyilir:

 

"Media orqanının böyük ictimai və mənəvi əhəmiyyət daşıyan hadisəni işıqlandırmaq, bu xüsusda məlumat toplamaq məqsədinin qarşısı alınmamalıdır. Media orqanının nümayəndələrinə qarşı güc tətbiqi elementləri ilə müşaiyət edilən davranışlar yolverilməzdir. Bu, demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu prosesində jurnalistikanın daşıdığı missiyaya önəm verildiyi bir ölkənin prinsiplərinə ziddir. Belə xoşagəlməz halın yaşanması ciddi təəssüf hissi doğurmaqdadır.

Azərbaycan Mətbuat Şurası "Baku TV"nin əməkdaşlarına münasibətdəki rəftarı qətiyyətlə pisləyir. Şura Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin diqqətini baş vermiş hadisəyə çəkərək qurumu kobudluğa yol vermiş əməkdaşı barədə müvafiq ölçü tədbiri götürməyə çağırır. Azərbaycan Mətbuat Şurası onu da bəyan edir ki, demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu yolunda inamla addımlayan Azərbaycanda jurnalistin qanuni fəaliyyətinə maneçilik cəhdlərinin gələcəkdə də təkrarlanmaması üçün "Baku TV" əməkdaşlarının üzləşdiyi duruma həssas yanaşılması mütləqdir. Şura ümüd edir ki, bu yanaşma konkret əməllərdə əksini tapacaq, baş vermiş hadisəyə layiqli qiymət veriləcəkdir".

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ