“Çölə çıxın, şərəfsizlər” deyib, qadını öldürdü

09:47 05-12-2021 | icon 344 | Dünya
“Çölə çıxın, şərəfsizlər” deyib, qadını öldürdü

Dəhşətli hadisənin görüntüləri ortaya çıxdı

 

Türkiyədə iki uşaq anası 28 yaşlı Xədicə adlı qadın işlədiyi şirniyyat mağazasında həyat yoldaşının yanında ov tüfəngi ilə öldürülüb.


Versus.Az xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyənin Burdur əyalətində baş verib.


Qadını öldürən Ramazan Topay məhkəmədə deyib ki, -  "qorxsun deyə atəş açdım. Həmin həyəcanla güllə Xədicəyə dəydi. Məqsədim öldürmək deyildi”

 

Digər tərəfdən, Topayın qadını öldürdüyü anların görüntüsü ortaya çıxıb.

 



Qəsdən adam öldürmə maddəsi ilə ömürlük həbs cəzası ilə mühakimə olunan Ramazan Topay, Xədicə ilə bir müddət dostluq münasibəti olduğunu iddia edib: "Hadisə baş verən günü tanımadığım bir nömrədən mənə zəng etdilər. Dəmir ustası olduğum üçün bununla bağlı iş tapşıracaqlarını dedilər. Çağırdıqları yerə getdiyim zaman Xədicənin qohumları olduqlarını bildirdilər və məni hədələdilər. Mənim və ailəmin bu işdə zərər görəcəyini dedilər. Xədicəyə zəng etdim, WhatsApp-da "məqsədin nədir, niyə məni təhdid edirsən, sənə maddi və mənəvi kömək etdim", deyə mesaj yazdım. O da məni təhqir etdi. Maşınımda olan silah ilə onun iş yerinə getdim, “çölə çıxın”,- deyə qışqırıb, Xədicə ilə danışacağımı bildirdim. Həmin anda qorxsun deyə atəş açdım. Təsadüfən güllə Xədicəyə dəydi”.

 

Şarküteride Hatice'yi vuran katil, eşini 'İşim bitmedi' tehdidinde bulunmuş  - Güncel Haberler Milliyet



Xədicənin həyat yoldaşı Mehmet Işık isə məhkəmədə bunları deyib:

"Həyat yoldaşımın təqsirləndirilən şəxslə dostluğundan xəbərim olmayıb. Təsadüfən mağazada idim. Təqsirləndirilən şəxs gəlib qapını açdı. Əvvəlcə həyat yoldaşım gördü. Sonra isə “çölə çıxın, şərəfsizlər, hamınızı öldürəcəyəm”,- deyərək 3 dəfə atəş açdı. Yoldaşımı vurduqdan sonra məni də vuracaqdı. O sırada silahı əlindən aldım. O isə hadisə yerindən qaçdı”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

Bax buna deyərlər SÖZ AZADLIĞININ BOĞULMASI

Sea Breeze Resort-da musiqi mövsümünün AÇILIŞI

ÜMİD ADAM...

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Cəsarət Valehova vəzifə verildi

Rezidenturaya qəbulun NƏTİCƏLƏRİ

Əzizə Cəfərzadənin Turanı - 63

Paşinyan Rusiya kanallarını BAĞLAYACAQ

Azad edilmiş ərazilərdə daha 79 mina AŞKARLANDI

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu BAŞLADI