“Qoy məmurlar utansınlar ki, prezidentin qardaşı gecələr “moyka”da maşın yuyur”

17:48 21-12-2017 | icon 1811 | Siyasət
“Qoy məmurlar utansınlar ki, prezidentin qardaşı gecələr “moyka”da maşın yuyur”

“Nazirlərin əksəriyyəti mənə irad tuturlar ki, niyə prezidenti müdafiə edirsən”

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Versus.Az-a müsahibəsi.

– Hafiz bəy, onsuz da güzəranlarından narazı olan ölkə vətəndaşları seçki ili ərəfəsində sanki bilərəkdən daha da incidilir. Başqa misallar çəkmiyəcəm, elə dünənə kimi yolların bərpası adı ilə uzun bir məsafəni piyada getmək məcburiyyətində qoyulan Göradil, Pirşağı, Binəqədi, Mehdiabad, Fatmayı sakinləri və digər qəsəbə camaatını. Baş verənlər nəyə hesablanıb?

“Milləti qıcıqlandırma prosesi gedir”

– Bu gün ölkədə bilərəkdən elə bir situasiya yaradılır ki, insanlar istər-istəməz dövlətdən, prezidentdən narazılıq edir. Seçki ərəfəsində milləti qıcıqlandırma prosesi gedir. Əksəriyyət prezidentin əleyhinə işləyir, çox təhlükəli oyunlar gedir.

Məni həmişə həqiqəti demişəm. Həqiqəti dediyim üçün də heç kimin xoşuna gəlmirəm. Xarici dövlətlərin ölkəmizdəki səfirlərindən tutmuş, bizim bəzi nazirlərimizə, icra başçılarına qədər hamısı mənə kinayə ilə baxırlar. Mənə qarşı Qərəzli, hirsli mövqe göstərirlər. Məsələn, xarici səfirlər deyirlər ki, sən imkan vermirsən biz Azərbaycanda dövlət çevrilişi edək, istədiyimiz adamı hakimiyyətə gətirək. Həmin o səfirlərin də, hakimiyyətin çörəyini yeyib xəyanətkarlıq edənlərin də məqsədi Azərbaycana kukla prezident gətirməkdir. Mən o səfirlərlə görüşdə onlara da, hökumətin xəyanətkar nümayəndələrinə də deyirəm ki, imkan verən deyiləm Əlilər, İsalar yenidən hakimiyyətə gəlsinlər. Qərbin, Avropanın Azərbaycana göstərdiyi təzyiqi başa düşmək olar. O səfirlər dəfələrlə mənə deyiblər ki, sən pis gündə yaşayırsan, halbu ki, daha yaxşı, imkanlı yaşaya bilərsən. Təbii ki, təkliflərini rədd edirəm, deyirəm ki, mən yaxşı yaşamasam da olar, əsas odur müstəqilliyimiz əldədir və dədəmiz Heydər Əliyevin qurduğu dövləti qorumaq istəyirik. Bu, bizim üçün varlı olmağımızdan da önəmlidir. Heç nə olmaz, Hafiz Hacıyev gecələr maska geyinib maşın yumaqla partiyasını, özünü saxlıya bilər. Gülmüyün, zarafat etmirəm, həqiqətən də belədir, kim də istəsə 7-ci mikrorayonda gecələr gətirib maşınlarını yuduzdura bilər. Qoy bu məmurlar utanıb ölsünlər ki, ölkə prezidentinin qardaşı, üç dəfə prezidentliyə namizəd olmuş Hafiz Hacıyev gecələr maska geyinib maşın yuyur. Bu mənimçün qəbahət deyil, qardaşımı sevdiyimə görə mən bu zülmə qatlaşıram.

Hakimiyyətin daxilində çox mənfi tendensiya var. Nazirlərin əksəriyyəti mənə qarşı çıxır ki, niyə prezidenti müdafiə edirsən? Bəzən prezidentin ünvanına çox alçaqcasına şayələr buraxırlar. Elə sizin dediyiniz illərlə davam edən yol təmiri, bina təmiri kimi bəhanələr də bundan qaynaqlanır. Bunlar istəyirlər ki, milləti prezidentdən narazı salsınlar. Niyə? Onlar yaxşı bilirlər ki, mənim qardaşım kadr islahatlarına başlayıb və növbə gəlib bunlara çatmaqdadır.

– Maraqlıdır ki, hansısa nazirin vəzifəsindən getməsindən öncə siz onun korrupsiya əməllərindən danışırsınız, səlahiyyətlərinin əllərindən alınacağından ilk siz xəbər tutursunuz və onlar hələ vəzifədəykən bu barədə mətbuatda açıqlamalar verirsiniz.

“Yıxılmalı olanı yıxılana kimi baltalayıram”

– Bəli. Məsələn, Ziya Məmmədovun əməllərini, xəyanətkarlığını mən ifşa etdim. Fazil Məmmədovun korrupsiya əməllərini, dövlətə xəyanətkarlığını məndən başqa heç kim mətbuata danışmayıb. Sahibkarların incidilməsindən, bir sahibkar kimi müstəqilliklərinin əllərindən alınmasından, nəticədə onların dövlətin üstünə qaldırılmasından danışmışam həmişə. Mehman Əliyevin həbsini xatırlayın, Fazil Məmmədovun həmin məsələdə oynadığı rola ,  fikir verdinizmi? Gah hesabını bağladı, gah açdı. Elə bil uşaq oyunudu. Ona görə dövlət başçısına nə qədər basqılar oldu. Fazil Məmmədov Qərbin əlində alətə çevrilmiş qüvvələrlə əlbir oldu, Cəmil Həsənlinin mitinqlərinə maliyyə buraxdı, özünü hakimiyyətin prezidentə qarşı olan təbəqəsinə yaxın görürdü. Həmin şəxslərlə birlikdə hakimiyyət daxilində ikihakimiyyətlilik yaratmaq istəyirdi. Mən deyərdim ki, buna qismən nail olmuşdular. Mənim dayanmadan onu ifşa etməyimin nəticəsidir u gün o da vəzifəsindən uzaqlaşdırıldı. Növbə dövlətin siyasətinin əksinə gedən digər məmurlara da çatacaq. Mən başqa adamlar kimi nazirləri vəzifələrindən gedəndən sonra vurmuram, getməmişdən sözümü deyirəm. Yıxılana balta vurmuram ki. Yıxılmalı olanı yıxılana kimi baltalayıram. Yıxılandan sonra baltalayan çox olur.

– Hafiz bəy, nazirlər, ümumiyyətlə bütün məmurlar prezidentin göstərişlərinə necə əməl etmiyə bilər? Və necə ola bilər ki, onlar əməl etməsinlər, prezidentin də bundan xəbəri olmasın?

“İcra başçısıları, müavinləri oğru, polisləri oğru, prokuroru, KQB-si oğru…”

– Düz deyirsiz, bu gün Fazildən, Ziyadan başqa da xəyanətkarlar var və mən onların da əməllərini araşdırmaqla məşğulam. İstəmirəm üzərlərinə gedəm, hər şeyin bir zamanı var. Mən saytınız vasitəsilə üzümü onlara tutub deyirəm ki, ağlınızı başınıza toplayın. Hafiz Hacıyevi heç vaxt çörəklə sınağa çəkib qardaşının üzərinə qaldıra bilməzsiniz. Dədəmiz Heydər Əliyev bizə nə göstəriş veribsə, onunla da gedəcəyik. Nolar, qardaşın biri prezident olar, biri də üç dəfə prezidentliyə namizəd olar, gecələr də maska geyinib “moyka”da maşın yuyar. Amma siz xəyanətkarların havayı yığdığınız varidatı zaman gələcək əlinizdən alınacaq. Keçmiş milli təhlükəsiz nazirinin, Heydər Babayevin, Fərhad Əliyevin, Ziya Məmmədovun, indi də Fazil Məmmədovun haramlıqla yığdıqları necə əllərindən alınrsa, digərlərini də o aqibət gözləyir. Üzdə özlərini prezidentə yaxın göstərirlər, amma arxada Qərbin öyrədilmiş “dədə-ana” müxalifətindən də çox xalqı prezidentin üzərinə qaldırırlar.

Məsələn, torpaq, mənzil satışı. Birinə satılan mənzil 10 nəfərə satılır, torpaq alan evini tikmək istəyəndə məlum olur ki, bu torpaq həm də başqasına satılıb. Rayonlara baxın, bələdiyyə sədrləri torpağı satır vətəndaşa, vətəndaş dişiylə-dırnağıyla qazandığı pulla istəyir ki, evini tiksin, bir başqa səlahiyyətli gəlib tikməyə qoymur, qanunsuzluq adıyla sökür. Necə qanunsuz ola bilər ki, 2-3 min manat verən kimi qanuniləşir? Özü də vətəndaşa deyirlər ki, icazənin “daskı”sı 5 mindir, sən 3 min ver yoluna qoyaq. Nəticədə nolur, vətəndaş dövlətdən narazı qalır. Bax bu cür özbaşınalıq, harınlıq prezidentə qarşı hesablanmış hərəkətlərdir. Deyirsiz prezident bunlardan necə xəbərsiz ola bilər. Prezidentin necə xəbəri olsun ki, ona düzgün məlumat çatdırılmır? Rayonlarda icra başçıları oğru, müavinləri oğru, polisləri oğru, prokuroru, KQB-si oğru. Hamısı xəbər çatdıranlardır. Beşi də sözü bir yerə qoyub eyni məlumatı çatdırırlar. Məsələn, prezident hardan bilsin ki, neçə həftədir Binəqədinin yolu bağlıdır və vətəndaşa bunun izahını belə verirlər ki, guya ölkə başçısının qarşıdan gələn ad günü ilə əlaqədar təmir işləri aparırlar. Vətəndaş da yenə bu narahatlığa görə dövlət başçısını qınayır. Başa düşmürlər ki, neçə yüz insan həmin vaxt ürəyində deyinə-deyinə nələr danışır. Qardaş mənimdir, mən bilirəm ki, prezident necə sadədir. O, öz ad günündə qaçqınlara baş çəkir, onların güzəranı ilə maraqlanır. Bizim nazirlər kimi xaricdə təmtəraqlı ad günləri peşində deyil.

Cənab prezident dəfələrlə deyib ki, ictimai nəzarət lazımdır. Məhz bu baxımdan biz partiyamızın nəzdində İctimai Nəzarət Palatası yaratmışıq. Ona hüquqşünasımız, sədr müavini İbrahim Həsənov rəhbərlik edir. Partiya olaraq hər gün 100-lərlə insanla görüşürük. Partiyamızın İctimai Nəzarət Palatasının rəhbəriylə danışmışam ki, məsələn, Həsən Əliyev küçəsində monitorinq aparın görək 4-5 mərtəbəli villaları nazir, icra başçısı hardan alıb tikdirib. Varovskidə, digər rayonlarda villaları hansı pulla tikdiriblər?..

ARZU
Versus.Az

(müsahibənin davamı olacaq)

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili