“Nazik mətləb” filminin QALA GECƏSİ

10:59 10-12-2021 | icon 1091 | Film
“Nazik mətləb” filminin QALA GECƏSİ

"Yer üzündə bu hissi yaşamayan varmı? Bəlkə də cüzi bir miqdarda ola bilər. Acısı ilə, şirinliyi ilə adamı dəli edən, ağlını başından alan hiss – sevgi... Acısı belə, şəkər dadan sevgi. “Səni sevirəm” deməkdən qorxmayın, hisslərinizi gizlətməyin".

 

Versus.Az xəbər verir ki, görkəmli yazıçı Mircəlal Paşayevin “İnsanlıq fəlsəfəsi” və “Nazik mətləb” hekayələrinin motivləri əsasında çəkilmiş “Nazlk Mətləb” filminin Nizami Kino Mərkəzində Qala gecəsi baş tutub.

 

Gecədə tanınmış simalar qonaq qismində iştirak ediblər.

 

“Caspian Media Group”un hazırladığı “Nazik mətləb” filminin layihə rəhbəri Hüseyn Cavadzadə, direktoru isə İrəm Laçındır.

 

Filmdə böyük sevgidən, lakin elarası söz-söhbətin yaranmaması naminə öz sevgisindən, şagirdi olan sevdiyi qıza hisslərini bildirməkdən imtina edən müəllimdən bəhs olunur. Amma zaman bu hissi yaşadır, taleh isə öz işini görərək, illər keçdikcə bu iki qəhrəmanı ömür yolunda bir neçə dəfə qarşılaşdırır və yenidən ayırır. Lakin sonuncu görüşləri çox unudulmaz və gözlənilməz olur...

 

Baş rollarda respublikanın əməkdar artisti Gülzar Qurbanova və “Best Model of the World” müsabiqəsinin azərbaycanlı qalibi model Rüstəm Cəbrayılovdur.

 

Ekran işinin ssenari müəllifi Nicat Dadaşov, rejissoru Emin Muradov, operatoru Rauf Qurbanəliyevdir, geyim üzrə rəssam isə İmruzə Hüseynovadır.

 

Filmdə diqqəti cəlb edən daha bir məqam var ki, o da qəhrəmanların yaşları ilə əlaqədar ildən-ilə dəyişən görünüşüdür. Aktyorların gənclik və yaşlılıq dönəmi üçün seçilən obrazların hazırlanmasında xarici ölkədən dəvət olunmuş qrim ustaları çalışıb.

 

Filmdə əməkdar artist Gülşad Baxşıyeva, Taleh Yüzbəyov, Sevinc Əliyeva, Nərmin Kərimbəyova, Şakir Əhmədzadə və digərləri çəkiliblər.

 

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Bakıdakı qətlin DETALLARI

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər

Həftəsonları təmizlik aksiyaları keçiriləcək

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

Həkim olmaq istəyənlərin NƏZƏRİNƏ