Peskovun S-400 açıqlaması türk lirəsini ucuzlaşdıracaq?

18:18 10-12-2021 | icon 455 | Dünya
Peskovun S-400 açıqlaması türk lirəsini ucuzlaşdıracaq?

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Yunanıstanın ANT1 televiziyasına Rusiyanın Türkiyəyə S-400 raketlərinin II partiyasını göndərib-göndərməyəcəyi ilə bağlı sualı cavablandırıb. Kreml sözçüsü yunan müxbirin sualına Türk tərəfdaşlarımızla müəyyən anlaşmanın olduğunu, S-400-lərin Türkiyəyə çatdıracağını deyib. Peskovun dediyi kimi, Türkiyə ilə Rusiya arasında S-400 raketlərinin alışına dair müvafiq razılaşma var. Razılaşmaya görə də Rusiya Türkiyəyə S-400 raketlərinin birinci partiyasını verib. Bundan əlavə raketlərin istifadəsi üçün kadrların hazırlanması da razılaşmada əks olunub. Bu mənada S-400-lərin ikinci partiyasında Ankaraya veriləcəyi məlumdur.  Nə baş verir, bu sual hansı narahatlığın işarəsidir?

 

 
 
 
Versus.az xəbər verir ki, politoloq Turan Rzayev bu barədə şərhində bildirib ki, Yunanıstanın ANT1 televiziyasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova belə bir sualın ünvanlanması təsadüfi deyil.
 
 
"Vaxtı ilə Türkiyənin Rusiyadan S-400 raketlərini alması Ankara ilə Vaşinqtonun arasını açdı. Türkiyənin bu məsələdə geri addım atmaması, S-400-lərin birnci hissəsini alması ABŞ-ın Türkiyəyə iqtisadi sanksiyalar tədbiq etməsi ilə nəticələndi. Hətta deyə bilərəm ki, Türkiyə lirəsinin ABŞ dolları qarşısında son zamanlar dəyər itirməsinin bir səbəbi də məhz budur.
Türkiyə-ABŞ münasibətlərinin pisləşməsi, Türkiyənin iqtisadi baxımdan zəifləməsi, türk lirəsinin dollar qarşısında dəyərdən düşməsi hər kəsdən çox Yunanıstanın maraqlarına uyur. Əks təqdirdə Peskovdan Rusiyanın Türkiyəyə S-400 raketlərinin II partiyasını göndərib-göndərməyəcəyi ilə bağlı sual ünvanlanmazdı.
Hesab edirəm Afina bununla mövcud ABŞ-Türkiyə gərginliyini daha da artırmaq, rəsmi Vaşinqtonun Ankaraya iqtisadi sanksiyalarını artırmasını istəyir"
 
 
 
T.Rzayev hesab edir ki, Dmitri Peskov kifayət qədər təcrübəli diplomatdır.  O, yunan jurnalistin sualının provokasiya xarakterli olduğunu başa düşərək, ABŞ faktorunu nəzərə alaraq danışıb.
 
"Peskov  “biz bilirik ki, ABŞ sanksiyalar oyununu oynamağı xoşlayır, baxmayaraq ki, heç vaxt məqsədlərinə çatmırlar. Bununla belə, bizim siyasətimiz müxtəlif ölkələrlə, xüsusən də tərəfdaşlarımızla əməkdaşlığa açıq olmaqdır"-deyə qeyd edib.
Peskov hə nə qədər iddialı danışsa da reallıq ondan ibarətdir ki, Rusiya və Qərbin sanksiyaları Kremli də iqtisadi cəhətdən zəiflədib. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Türkiyə Rusiya deyil. Rusiya dünyanın ən nəhəng təbii qaz və silah satışı edən ölkələrindəndir. Yəni bu ölkə sanksiyalar qarşısında müəyyən mənada bilər. Türkiyə isə sənayesi yeni-yeni güclənən, dünya bazarına çıxan ölkədir. Mövcud sanksiyalar qarşısında Ankara və Moskvanın duruş qabiliyyəti eyni deyil".
 
 
Politoloq hesab edir ki, Peskovun bu açıqlamasından sonra türk lirəsi dolar qarşısında daha da dəyər itirəcək.
 
"Türkiyə indiki halda S-400-ləri almaqda israrlıdır. Məsələ bundadır ki, Ankara bundan imtina edə bilməz. Cünki hava hücumundan müdafiə siteminə ehtiyacı var. Lakin bununla belə Ankaranın ən qısa zamanda Vaşinqtonla ortaq məxrəcə gəlməsi lazımdır. ABŞ sanksiyaları və lirənin dollar qarşısında dəyər itirməsi bu tempdə davam etsə bu, Türkiyə iqtisadiyyatını 90-cı illər həddinə qədər gerilədə bilər. Bu isə ilk növbədə Yunanıstana sərf edəcək".
 
Versus.az
 
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

Bax buna deyərlər SÖZ AZADLIĞININ BOĞULMASI

Sea Breeze Resort-da musiqi mövsümünün AÇILIŞI

ÜMİD ADAM...

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Cəsarət Valehova vəzifə verildi

Rezidenturaya qəbulun NƏTİCƏLƏRİ

Əzizə Cəfərzadənin Turanı - 63

Paşinyan Rusiya kanallarını BAĞLAYACAQ

Azad edilmiş ərazilərdə daha 79 mina AŞKARLANDI

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu BAŞLADI