Kremlin növbəti hədəfi Özbəkistandır?

16:46 10-01-2022 | icon 451 | Geopolitika
Kremlin növbəti hədəfi Özbəkistandır?

Turan Rzayev: "Kreml Daşkəndin nəbzini yoxlayır"

 

Bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri rəhbərlərinin videokonfrans formatında keçirilən sammitdə Qazaxıstandakı son hadisələr müzakirə olunub. Görüş zamanı Qazaxıstandakı son hadisələrlə yanaşı, faktiki olaraq növbəti hədəfin kim olması da önə çəkilib. Bu cür müzakirələr nəyə hədəflənib və gözləntilər nədir?

 

Bu barədə Versus.az-a şərh verən politoloq Turan Rzayev ilk növbədə Belarus Prezidenti Aleksandr Lukaşenkonun  çıxışına diqqət çəkib. Hansı ki, Belarus prezidenti məlum çıxışı zamanı -Qazaxıstanda baş verən hadisələrdən ilk növbədə Özbəkistan dərs çıxarmalıdır-deyib. 

 

Politoloq bildirib ki, Lukaşenko fikrini belə əsaslandırıb: “Qazaxıstanda baş verən etirazların əsas dayağı peşəkar terrorçulardır. Bizi gələcəkdə ciddi çağırışlar gözləyir, KTMT-ni gücləndirməliyik”.

 

"Belarus Prezidenti bu açıqlaması ilə növbəti hədəfin Özbəkistan ola biləcəyi mesajını verdi. Lukaşenko “Qazaxıstanda baş verən etirazların əsas dayağı peşəkar terrorçulardır” deyərək faktiki olaraq Kremlin Qazaxıstanda olduğu kimi hər an Özbəkistanda da ixtişaşlar törədə biləcəyini bildirib. Növbəti hədəf hər nə qədər Özbəkistan kimi görünsə də Qazaxıstanda baş verən hadisələrin Özbəkistanda baş verməsi mümkün deyil: Birincisi, Özbəkistan Mərkəzi Asiyanın sayca ən çox əhaliyə malik türk respublikasıdır. 31 milyondan çox əhəlisi olan Özbəkistan 448.978 kvadrat kilometr əraziyə malikdir. Yəni Qazaxıstandan fərqli olaraq ərazi və əhali balansı bu ölkədə qeyri-müəyyən deyil. Təkcə paytaxt Daşkənddə 2,5 milyon nəfər insan yaşayır. Nəticə etiabri ilə Kremlin Özbəkistanda çıxaracağı ehtimal ixtişaşlar Qazaxıstandakı kimi nə rahatlıqla idarə ediləcək, nə də sakitləşəcək. İkincisi, Qazaxıstandan fərqli olaraq Özbəkistanın Əfqanıstanla sərhədi var. Bu da onda xəbər verir ki, ABŞ proseslərə Qazaxıstanda olduğu kimi səssiz qalmayacaq. Digər tərəfdən, Əfqanıstan hazırda özbəklərin ən çox yaşadığı ikinci ölkədir. Hazırda bu ölkədə 3 milyon özbək yaşayır və Əfqanıstanda özbək əslli generalı, Əbdül Rəşid Dostum faktoru da var. Dostum Əfqanıstandakı özbəklərin lideridir. Yəni Özbəkistanda baş verəcək ehtimal gərginliyə o, səssiz qalmayacaq. Üçüncüsü, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Nizamnaməsinin 4-cü maddəsinin 5-ci bəndinə əsasən Qazaxıstana müdaxilə edə bildi. Lakin Özbəkistan KTMT üzvü deyil və bu ölkəyə müdaxilə etmək üçün Kremlin əsası olmayacaq. Nəticə etibarilə Kreml özü də yaxşı anlayır ki, Özbəkistan Qazaxıstan deyil və bu ölkədə eyni ssenarisi işə yaramayacaq. Buna görə də Kreml Belarus Prezidenti Aleksandr Lukaşenkonun fonunda Özbəkistana açıq mesaj göndərərək rəsmi Daşkəndin nəbzini yoxlamaq istəyir".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni formalaşan parlament daha aktiv olacaq”

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Bakıdakı qətlin DETALLARI

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər

Həftəsonları təmizlik aksiyaları keçiriləcək

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"