"Azərbaycanla Qazaxıstanı müqayisə etmək yanlışdır"

12:12 11-01-2022 | icon 351 | Geopolitika
"Azərbaycanla Qazaxıstanı müqayisə etmək yanlışdır"

Məhəmməd Əsədullazadə: "Hazırda Qazaxıstan Kremldən idarə olunur”

 

Azərbaycan dövlət kimi güclü ordusu var. Bu ordu Qarabağ müharibəsində öz qüdrətini ortaya qoydu. Bu, həm də Azərbaycanın dövlət kimi güclü şəkildə formalaşmasının nəticəsidir.

 

 Bunu Versus.az-a politoloq Məhəmməd Əsədullazadə Azərbaycana qarşı ola biləcək təsirlərin hansı nəticələr verməsi ehtimalını təhlil edərkən bildirib.

 

M.Əsədullasadə hesab edir ki, Azərbaycanla Qazaxıstanı müqayisə etmək yanlışdır. Azərbaycan xalqi milli özünüdərk və millətləşmə prosesində, dövlətçilik ənənələrinin inkişafında qardaş qazax xalqından irəlidədir:

 

“Rusiya Azərbaycanda istədiyi siyasəti apara bilməz. Və Azərbaycan qardaş Türkiyə ilə Şuşa Bəyannaməsi ilə hərbi müttəfiqdir. Rusiya prezidenti Vladimir Putinin Avrasiyaciliq siyasəti baş tutmayacaq. Rusiya uzun müddətdir ki, ölkəmizi Avrasiya İttifaqına və KTMT qəbul edilməsinə nail ola bilmədi. Baş verən son proseslər fonunda bundan sonra da bu mümkün görünmür. Qazaxıstanda baş verən etirazlar yaşanan böhranlı vəziyyət göstərdi ki, Qazaxıstanda dövlət sistemində ciddi böhran var. Dövlət kimi bu illər ərzində formalaşa bilməyib. Hazırda Qazaxıstan Kremldən idarə olunur”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni formalaşan parlament daha aktiv olacaq”

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Bakıdakı qətlin DETALLARI

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər

Həftəsonları təmizlik aksiyaları keçiriləcək

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"