QAT: Məcburi köçkünlər büdcə müzakirələrindən narazıdırlar

13:45 29-11-2017 | icon 918 | Sosial
QAT: Məcburi köçkünlər büdcə müzakirələrindən narazıdırlar

Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Komitəsinin növbəti iclasında parlamentdə keçirilən büdcə müzakirələrindən ciddi narazılıq ifadə olunub.

Bu barədə Versus.Az-a Qarabağ Azadlıq Təşkilatının mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, dondurulmuş əmək haqlarını ala bilməyən məcburi köçkünlər gələn ilin büdcəsinə onlara veriləcək vəsaitin daxil olunmasını tələb edirlər:

“Onlar müzakirələr gedən günlərdə Milli Məclisin qarşısında olublar. Parlamentin rəhbərliyinə, deputatlara, xüsusilə də Qarabağdan olan millət vəkillərinə müraciət ediblər. Təəssüf ki, hələlik bu müraciətlərin nəzərə alındığı hiss olunmur”.

Müdafiə Komitəsinin üzvləri Akif Nağı, Əlövsət Sadıqlı, Vidadi Turablı, Rasim Hüseynov və digərləri bir qrup məcburi köçkünlə görüşdə çıxış edərək bildiriblər ki, dondurulmuş əmək haqqı alan məcburi köçkünlərə qarşı haqsızlıq edilib, onlar aclıq təhlükəsi ilə üz-üzə qalıblar, dövlət başçısı bununla bağlı ölçü götürülməsi üçün tapşırıqlarını verməlidir.

“Məcburi köçkünlər haqlı tələblərində israrlıdırlar. Davamlı addımlarını atacaq, daha təsirli etiraz formalarından istifadə edəcək, Avropa İnsan Haqları Məhkəməsinə qədər gedəcəklər”- deyə məlumatda bildirilir.

İlahə
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA