“Atletiko” və “Mançester Yunayted” ilk dəfə ÜZ-ÜZƏ

10:46 23-02-2022 | icon 333 | İdman
“Atletiko” və “Mançester Yunayted” ilk dəfə ÜZ-ÜZƏ

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk görüşlərinə yekun vurulacaq.

 

Versus.Az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək. Madriddə “Atletiko” “Mançester Yunayted”i, Lissabonda “Benfika” “Ayaks”ı qəbul edəcək.

 

UEFA Çempionlar Liqası
1/8 final, ilk oyunlar

 

23 fevral

 

00:00 “Atletiko” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)

 

Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)

 

Madrid. “Vanda Metropolitano” stadionu.

 

Oynamayacaqlar: Mateus Kunya, Koke, Benjamen Lekont, Daniel Vass (hamısı “Atletiko”), Edinson Kavani, Meyson Qrinvud, Tom Hitn (hər üçü “Mançester Yunayted”).

 

Son İspaniya çempionu “Atletiko”nun La Liqada işləri yaxşı getməsə də, bu turniri qazanmaqla Çempionlar Liqasında növbəti mövsüm üçün yerini təmin etmək istəyir. “Real”ın sabiq futbolçusu Kriştianu Ronaldunun Madridə “qırmızı şeytanlar”ın formasında qayıdışı maraqlı məqamlardan biridir. Bu iki komanda rəsmi görüşlərdə ilk dəfə üz-üzə gələcək.

 

00:00 “Benfika” (Portuqaliya) – “Ayaks” (Niderland)

 

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

Lissabon. “İştadyu da Luş” stadionu.

 

Oynamayacaqlar: Andre Almeyda, Lukas Verissimo, Rodriqo Pinyo, Haris Seferoviç (hamısı “Benfika”), Brian Brobi, Məhəmməd İhattaren, Şon Klayber, Zəkəriyyə Labyad, Marten Stekelenbürx (hamısı “Ayaks”).

 

Komandalar sonuncu dəfə bu turnirdə məhz Çempionlar Liqasında, məhz Lissabonda qarşılaşıblar. Bu, 2018-ci il noyabrın 18-də baş verib. Qrup mərhələsi çərçivəsində baş tutan qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Həmin matçda bərabərlik qolunu vuran serb hücumçu Duşan Tadiç bu matçda da Niderland çempionatının liderinin əsas qol silahlarından biri olacaq.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşmaları martın 15-də keçiriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

Sea Breeze Resort-da musiqi mövsümünün AÇILIŞI

Bax buna deyərlər SÖZ AZADLIĞININ BOĞULMASI

ÜMİD ADAM...

Cəsarət Valehova vəzifə verildi

Rezidenturaya qəbulun NƏTİCƏLƏRİ

Paşinyan Rusiya kanallarını BAĞLAYACAQ

Əzizə Cəfərzadənin Turanı - 63

Azad edilmiş ərazilərdə daha 79 mina AŞKARLANDI

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu BAŞLADI