“Rusiya dünya müharibəsinə də gedə bilər” - TƏHLİL

10:02 25-02-2022 | icon 919 | Gündəm
“Rusiya dünya müharibəsinə də gedə bilər” - TƏHLİL

Mətin Məmmədli: "Bu müharibə Avropa təhlükəsizliyinə təhdid yaradır"

 

Dünyanın nəzərləri Ukrayna-Rusiya müharibəsinə zillənib. Bu müharibə regionu və dünyanı hara sürükləyir və geosiyasi nəticələri nə ola bilər?

 

“Bu gün Vladimir Putin olduqca sərt açıqlama verib:  münaqişəyə kənardan müdaxilə olarsa, onlara elə bir cavab verəcəyik ki, tarixdə belə bir cavabı görməyiblər. Və əlavə edib ki, “biz bütün variantlara hazırıq”.  Bu o deməkdir ki, Rusiya Ukrayna uğrunda  hətta dünya müharibəsinə belə gedə bilər”. 

 

Versus.az  xəbər verir ki, bunu  Ukrayna-Rusiya müharibəsinin geosiiyasi nəticələrini şərh edən politoloq Mətin Məmmədli bildirib.

 

M.Məmmədli eyni zamanda qeyd edib ki, Ukrayna -Rusiya  müharibəsi nin hər iki ölkə üçün iqtisadi, siyasi, hərbi təhlükəsizliyi baxımından nəticələri ağır olacaq.  Onun fikrincə, hətta  Rusiya  Ukrayna daxilində müəyyən  əraziləri işğal etsə belə, müharibənin Rusiya üçün də çox ciddi fəsadları olacaq:

 

“Artıq Qərb ölkələri Rusiyaya qarşı daha ağır iqtisadi sanksiyaların tətbiq edilməsini nəzərdən keçirdir.  Rusiya- Ukrayna arasında gedən müharibənn nəticələrinin tək iki ölkə arasında məhdudlaşacağını qəbul etmirəm. Bu  müharibə bütöbvlükdə Avropa təhlükəsizliyinə təhdid yaradır. Bu gün dünyanın Ukraynadakı müharibəyə belə həssaslıqla yanaşmasını da bu baxımdan dəyərləndrmək olar”.

 

Ukraynanın coğrafi olaraq NATO ölkələri ilə həmsərhəd olduğunu və onun aparıcı ölkələri ilə xüsusi tərəfdaşlıq münasibətlərinin mövcudluğunu deyən politoloq,  əslində Ukraynada baş verən münaqişənin təməl səbəblərində  NATO, Qərb və Rusiya arasındakı geosiyası qarşıdurmanın dayandığını bildirib:

 

“NATO ölkələri müharibəyə qoşulsa, əvvəlcə regional, daha sonra dünya müharibəsinə çevrilməsi ehtimalı var. Məhz bu səbəbdə də NATO dövlətləri, o cümlədən də ABŞ Rusiyaya qarşı sərt, kəskin mövqe nümayiş etdirməklə yanaşı, həm də  bir qədər də ehtiyatlıdavranırlar. Yəni münaqişəyə birbaşa müdaxilə etmirlər. Münaqişənin dünya müharibəsinə çevrilmə potensialı olduğuna görə  Qərb tərəfindən ehtiyatlı mövqe nümayiş etdirilir. Ancaq ümid edək ki, proseslər o səviyyəyə qədər inkişaf etməyəcək və Rusiya öz məqsədlərinə nail olmayıb nəhayət Ukrayna, Qərblə yenidən danışıqlar masasına qayıdacaq”.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR