"Rusiya ilə imzalanan müttəfiqlik bəyannaməsi Azərbaycanın mənafeyi üçün..."

13:30 23-02-2022 | icon 340 | Gündəm
"Rusiya ilə imzalanan müttəfiqlik bəyannaməsi Azərbaycanın mənafeyi üçün..."

Rusiya ilə Azərbaycan arasında imzalanan “Müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannamə” ölkənin ictimai-siyasi kəsimi tərəfindən birmənalı qarşılamır.  Zaman-zaman Ermənistanın yanında olan və ermənilərin əsas müttəfiqi, havadarı kimi tanınan Rusiya ilə imzalanan “müttəfiqlik bəyannaməsi”nə şübhə ilə yanaşılır. Eyni zamanda bəyannamə ölkənin rəsmi və diplomatik kluarlarında mühüm tarixi əhəmiyyətə malik bir sənəd kimi təqdim edilir. Bu mənada Rusiya ilə imzalanan sənəd müxtəlif aspektlərdə müzakirə olunmaqdadır.

“Müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannamə” Azərbaycan üçün hansı əhəmiyyətə malikdir?

 

 

Versus.az xəbər verir ki, bu barədə hərbi ekspert Şair Ramaldanov  bildirib. O, hesab edir ki, tarixi hadisələrə bu cür müxtəlif yanaşmaların olması təbiidir. Onun fikrincə, belə hallar ehtiyatlılıq hissi və yetərli qədər bilginin, maariflənmənin olmaması, bir çox hallarda sifarişlə, hansısa qüvvələrin şəxsi maraqlarından dolayı ortaya atılır.

 

Buna baxmayaraq ekspert hesab edir ki, imzalanan “Müttəfiqlik bəyannaməsi” tarixi bir sənəddir. Onun sözlərinə görə, regionda Rusiyasız və və onun təsiri olmadan heç bir  proses həyata keçirilmir və Cənubi Qafqazda təsiri yetərli qədərdir.

Ş.Ramaldanov bildirib ki, Azərbaycan son tarixdə Qarabağ və digər ərazilərini düşməndən azad edib ərazi bütövlüyünü bərpa etmə prosesində Türkiyənin mənəvi dəstəyini hiss edib. Burda Rusiya faktoru da var.

“Rusiya 44 günlük müharibədə prosesə müdaxilə etmədi və  Azərbaycanın öz ərazilərini güc vasitəsi ilə azad etməsinə imkan verdi. Üç rayon – Ağdam, Kəlbəcər, Laçının atəşsiz, itkisiz azad edildi. Erməni silahlı birləşmələrinin o ərazilərdən çıxarılması məhz 10 noyabr üçtərəfli atəşkəs bəyanatından sonra baş tutdu. Burada Rusiya həm qarant, həm vasitəçi rolunda çıxış etdi”.

Ş.Ramaldanov imzalanan Bəyannamənin fonunda Azərbaycanın Rusiya ilə tarixi əlaqələrinə diqqət çəkib. Onun sözlərinə görə, Rusiya ilə Azərbaycanın əlaqələri dərindir və strateji tərəfdaş kimi belə bir böyük dövlətlə münasibətlərin keyfiyyətcə yeni mərhələyə qaldırılması ölkə başçısından böyük siyasi müdriklik tələb edib.

Ekspert bildirib ki, məhz Ali Baş Komandanın Tovuz- iyul hadisələrindən sonra həyata keçirdiyi “hücum diplamatiyası” Azərbaycanın gələcəkdə əks-hücum əməliyyatı keçirdərək öz torpaqlarını  güc vasitəsi ilə azad etməsi üçün qarşıda dayanan  riskləri minimuma endirə bildi.

 

“Bu riskin ən böyüyü Rusiyadan gəlirdi. Bu gün də rus sülhməramlılıarı Azərbaycan ərazisində  müvəqqəti yerləşib. Nə qədər Azərbaycanla Rusiya arasında əlaqələr sıx olacaq, bu, Azərbaycanın Ermənistan kimi qonşusunu neytrallaşdırmasına imkan verəcək.

Əgər Rusiya imkan verməsəydi Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilməzdi. Biz bunu aprel aylarında da gördük. Üç günlük müharibənin uğurlu nəticəsində sonra Azərbaycanın baş qərargah rəisi Moskvaya çağrıldı və atəşkəsə riayət etməyə məcbur edildik. Bu faktdır.  Ona görə də Ermənistan həmişə bizi müttəfiqi olan Rusiya ilə hədələyib. Ermənistan düşünürdü  ki, Rusiya heç vaxt imkan verməz ki, Azərbaycan öz torpaqlarını güc vasitəsi ilə azad etsin.  Ancaq Azərbaycan Prezidentinin müdrik siyasıti nəticəsində buna nail olduq.  Bu da tarixi nəticədir”. 

Bu gün NATO dövləti olan qardaş Türkiyə ilə Azərbaycanın sıx əlarələrinə toxunan Ş.Ramaldanov  “Şuşa bəyannaməsi”ni  bunun ən üst nəticəsi kimi önə çəkib.  

“Biz NATO üzvü deyilik, amma NATO üzvü olan Türkiyə ilə yaxın əlaqələrimiz var. 

Rusiyanın da Cənubi Qafqazda olan imkanlarını bilirik və bunu anlamamaq yanlışlıq olar”.

 

Ş.Ramaldanov Rusiya ilə imzalanan bəyannamənin Azərbaycan üçün çox böyük əhəmiyyəti olduğunu deyib. Onun fikrincə, sənəddə Azərbaycanın bütün  maraqlarını qoruyan amillər var.

“Əsas bənd birinci bənddir ki, orada Azərbaycanın daxili işlərinə qarışmamaq, suverenliyinə, müstəqilliyinə toxunmamaqla bağlı hallar qeyd olunub.

Azərbaycan suveren bir dövlət kimi özünün fəaliyyətini davam edəcək. Türkiyə ilə münasibətlərimiz yüksək səviyyədə idi, indi də Rusiya ilə müttəfiqlik anlaşmamız var. Bunun nəyi pisdir?

Müttəfiqlik Bəyannaməsi Azərbaycan üçün hüç bir təhlükə yaratmır. Əksinə, bundan sonra birgə iqtisadi layihələr inkişaf edəcək və Ermənistanla sülh müqaviləsinin bağlanmasına, sərhədlərin müəyyənləşməsində öz təsirini göstərəcək.

Diqqətlə sənədə baxsınlar. Orda Azərbaycanın maraqlarına zidd olan hansı bənd var. Hər bir bənd əməkdaşlıq və iqtisadi, siyasi, humanitar, mədəni inkişafı ehtifa edir. Burada Azərbaycana qarşı heç bir bənd yoxdur.  Prezident özü bu sənədə mühüm qiymət verərək, bildirib ki, Azərbaycanla Rusiya  arasında imzalanan 245 sənəd var.  Ancaq son müttəfiqlik bəyannaməsi o sənədlərin üstündə dayanır. Bu müttəfiqlik bəyannaməsini alqışlayıram və gələcəkdə Azərbaycanı ola biləcək risklərdən qoruyub, Azərbaycanın inkişafına təsir edəcəyinə inanıram”.

 

Ş.Ramaldanov hesab edir ki, Rusiyanın Ukrayna ilə bağlı addımından sonra Azərbaycanla müttəfiqlik sənədinin ortaya çıxması  birinci növbədə Azərbaycanın post- sovet məkanında  çəkisi, əhəmiyyətindən xəbər verir. Onun fikrincə, dünyanın Rusiyaya qarşı dayandığı bir vaxtda Azərbaycanın Rusyaya doğru bu addımı  atması birmənalı qarşılanmaya bilər.

“Bu gün Azərbaycan hətta Rusiya –Ukrayna arasında vasitəçilik rolu oynaya biləcək bir nüfuzdadır.  Azərbaycan  Türkiyə ilə Rusiya münasibətlərində də vasitəçilik edib. Azərbaycan müstəqil dövlətdir və  Azərbaycan öz milli maraqlarından irəli gələn addımlar atmalıdır. Bu günkü geosiyasi vəziyyət, qarşıda olan hədəflər  Azərbaycanın Rusiya kimi böyük dövlətlə  müttəfiqlik etməyini tələb edirsə, bunu alqışlamaq lazımdır.  Bu müttəfiqliyin Azərbaycana heç bir mənfi təsiri yoxdur. Ancaq müsbət təsiri var”.

 

Ekspert hesab edir ki, bəzi insanlar ki, məsələyə Qərbin, ABŞ-ın prizmasından baxır, onlar da reallığı anlamalıdır.

“Azərbaycan bir ildən çoxdur ki, öz ərazilərini azad edib və ərazilərdə dağıntılara diqqət çəkərək, Ermənistan faşizmi, vandalizm aktını bütün dünyaya göstərib. Yaxud, 30 il idi ki, Azərbaycan torpaqları işğal edilmişdi. O zaman harda idi həmin Avropa və digər dövlətlər. Niyə ədaləti bərpa etmirdilər. Torpaqların işğaldan azad olunmasından bir il yarım vaxt keir, niyə Ermənistanın cinayətlərinə qarşı hansısa sanksiya, təzyiq göstərilmir?! YUNESKO, digər beynəlxalq qurumlar hara baxır?!.  Beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin ədalətsizliyi özünü onda göstərdi ki, Ermənistan Azərbaycana qarşı cinayət törədib, torpağımızı yandırdığı halda Azərbaycana deyil, işğalçıya 2,5 milyard yardım ayırdılar. Biz bu ədalətsizliyi görməyə bilmərik. Prezidentin sərt münasibətindən sonra Azərbaycan da 2 milyard yardım ayırdılar.

Ona görə də hesab edirəm ki, Rusiya ilə imzalanan müttəfiqlik bəyannaməsi Azərbaycanın mənafeyi və gələcəyi üçün atılan addımdır. (hafta.az)

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR