Amerikalı konqresmen Xocalı faciəsinin qurbanlarını yad etdi

15:16 26-02-2022 | icon 526 | Geopolitika
Amerikalı konqresmen Xocalı faciəsinin qurbanlarını yad etdi

Pol Qosar: “Keçmişdən dərs almalıyıq"

 

Versus.az Musavat.com-a istinadla xəbər verir ki, Amerikalı konqresmen Xocalı faciəsinin qurbanlarını yad edib. 

 

ABŞ-ın Arizona ştatını təmsil edən respublikaçı konqresmen Pol Qosar Konqresdəki çıxışı zamanı Xocalı soyqırımının 30 illiyi ilə bağlı faciə qurbanlarının xatirəsini yad edib. 


“Xanım sədr, 30 il əvvəl 1992-ci il fevralın 26-da baş vermiş Xocalı faciəsinin anmaq üçün çıxış edirəm. Mən bir daha bu tarixi faciəni həlak olan insanların xatirəsini yad etmək üçün buradayam”, deyə P.Qosar çıxışında bildirib.

O, qeyd edib ki, Xocalı faciəsi Azərbaycanın qonşu Ermənistanla münaqişəsi zamanı baş verib: “Qarabağ bölgəsinin Xocalı rayonunda mülki azərbaycanlılar heç bir fərq qoyulmadan hədəfə alınaraq atəşə məruz qalıblar. Nəticədə, 613 nəfərə qədər mülki şəxsin həlak olub, daha çox sayda yaralı və girovun olduğu bildirilir”.

Konqresmen deyib ki, baş vermiş hadisəni dəyişmək artıq mümkün olmasa da, qurbanları yad edə və dünyaya xatırlada bilərik ki, mülki şəxslərin hədəfə alınması heç bir halda qəbul edilən deyil: “Biz keçmişdən dərs almalıyıq. ABŞ sülhü dəstəkləyərək Xocalıda həlak olanların xatirəsini yad edir ki, bir daha heç kəs eyni aqibəti yaşamasın. Xanım sədr, biz bu gün Xocalı qurbanlarını dərin kədərlə anırıq və onların xatirəsini qəlbimizdə və xatirəmizdə daim yad edəcəyik”.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Bakıdakı qətlin DETALLARI

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər

Həftəsonları təmizlik aksiyaları keçiriləcək

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Sürücülərin NƏZƏRİNƏ