Olimpiya İdman Komplekslərinin direktorları TOPLANDI

17:01 01-03-2022 | icon 358 | İdman
Olimpiya İdman Komplekslərinin direktorları TOPLANDI

Bu gün gənclər və idman naziri Fərid Qayıbov Olimpiya İdman Komplekslərinin direktorları ilə görüşüb.

 

Versus.Az xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən görüşdə komplekslərin qarşılaşdıqları çətinliklərin həlli yolları və onların fəaliyyətlərinin təkmilləşdirilməsi məsələləri müzakirə edilib.

 

Olimpiya İdman Kompleksləri uşaq-gənclər idman məktəbləri və yerli icra hakimiyyəti orqanlarının birgə fəaliyyəti sayəsində idmanda kütləviliyin artırılmasında görülən işlər, inkişaf etdirilən idman növlərinin sayının artırılması da müzakirə olunub. Bu baxımdan ilin bütün fəsillərində komplekslərin fasiləsiz və səmərəli işini təmin etməyin vacibliyi də vurğulanıb.

 

Olimpiya İdman Komplekslərinin idarə olunmasında yeni yanaşmaya ehtiyac olduğunu qeyd edən Fərid Qayıbov bildirib ki, bu qurğuların səmərəli fəaliyyətini təmin etmək nazirliyin əsas məqsədlərindən biridir.

 

 

Qeyd edək ki, yaxınlarda Yardımlı Olimpiya Kompleksindən əxlaqsızlıq yuvası kimi istifadə edildiyi üzə çıxıb. Bu səbəbdən də kompleksin direktoru Natiq Talıbov işdən çıxarılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

Bax buna deyərlər SÖZ AZADLIĞININ BOĞULMASI

Sea Breeze Resort-da musiqi mövsümünün AÇILIŞI

ÜMİD ADAM...

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Cəsarət Valehova vəzifə verildi

Paşinyan Rusiya kanallarını BAĞLAYACAQ

Rezidenturaya qəbulun NƏTİCƏLƏRİ

Əzizə Cəfərzadənin Turanı - 63

Azad edilmiş ərazilərdə daha 79 mina AŞKARLANDI

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu BAŞLADI