"Xocalı Soyqırımı: şahidlərin dilindən" kitabı qazax dilində

12:25 03-03-2022 | icon 2580 | Ədəbiyyat
"Xocalı Soyqırımı: şahidlərin dilindən" kitabı qazax dilində

Xocalı soyqırımının 30-cu ildönümü ərəfəsində, "Xocalı Soyqırımı: şahidlərin dilindən" kitabı qazax dilinə çevrilərək, Almatıda, "JasA" mətbəsində nəfis tərtibatla gün üzü görüb.

 
 
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və keçmiş millət vəkili, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Həvva Məmmədovanın yazmış olduğu kitabı qazax dilinə Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, istedadlı yeni nəsil qazax yazıçısı Erkinbek Serikbay çevirib. (E.Serikbay bundan öncə "Qarabağ hekayələri"ni də qazaxcaya çevirmişdi).
 
 
Kitabın önsöz müəllifi Azərbaycanın Qazaxıstandakı Fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov, baş redaktoru Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, Beynəlxalq "Alaş" Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalı, məsləhətçisi tanınmış qazax araşdırmaçı-yazarı Nurqali Jusufbaydır.
 
 
Kitab Azərbaycanın Qazaxıstandakı Səfirliyinin Nur-Sultanda təşkil etdiyi anım tədbirində və Milli Məclisin Mədəniyyət Komitəsinin əlaqdar qurumlarla birgə təşkil etdiyi onlayn konfransda təqdim olunub.
 
 
Adından da göründüyü kimi, kitab şahid ifadələri əsasında yazılıb, təsdiqedici fotolarla tərtib edilib. Müəlliflər emosiyalardan daha çox məhz faktlara, sənədli-sübutlu gerçək hadisələrə və yaşayan şahidlərin ifadələrinə əsaslanıb.
 
 
"Xocalı Soyqırımı: şahidlərin dilindən" kitabı bundan öncə Türkiyədə yayınlanmış, habelə urdu dilinə çevrilmişdi. Kitabın gələcəkdə özbək, rus, ingilis, ərəb dillərində də nəşr edilməsi nəzərdə tutulub.
 
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da