Sanksiyalar da rus ordusuna təsir etmədi

10:05 10-03-2022 | icon 479 | Geopolitika
Sanksiyalar da rus ordusuna təsir etmədi

Fuad Əliyev: "Zelenskinin NATO və ABŞ-dan gözlədikləri baş vermədi"

 

Ukrayna lideri Volodimir Zelenskinin son bəyanatları daha çox anti-Qərb ovqatındadır. ABŞ-NATO və Qərbi tənqid edən prezident, demək olar, hər gün Ukraynanı Rusiyanın hərbi aqressiyasından qorumamaqda günahlandırır. “Yeni Müsavat” bildirir ki, Zelenski ABŞ, NATO, Avropa Birliyinə bu tənqidlərində, israrlarında haqlı görünür. Çünki Ukraynaya hərbi və maddi yardım olsa da, NATO öz qoşunlarını göndərmir. Belə ehtimal yaranır ki, Zelenskiyə əvvəldən fərqli vəd verilibmiş.

 

Ukrayna prezidenti bunu müharibə başlayandan az sonra anladı, amma gec idi. O, döyüş meydanında tək qalmışdı. Hazırda Ukraynaya havada hərbi dəstək lazımdır, fəqət ABŞ-a tam əksi - sanksiyalar. Odur ki, Rusiyaya tətbiq edilən paket-paket ağır sanksiyalar onu Ukraynaya hücumlarından daşındırmır. Faktiki olaraq, iki həftədir müharibə gedir və iqtisadi cəzalar Rusiyanı dayandıra bilməyib. O baxımdan Zelenskinin bu mərhələdə ABŞ-dan ümidini tam kəsib Putinlə danışıqlara getməsinə ümid etmək olarmı?

 

NATO bu dəfə ona həm dini, həm siyasi, həm də hərbi aspektdən daha yaxın, birmənalı olaraq müttəfiqi olan Ukraynanı və onun mülki əhalisini Rusiyanın hava hücum vasitələrinin zərbələrindən qorumaq istəmədi?

 

Azərbaycan Liberal-Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin fikrincə, NATO-nun hansısa bloka üzv olmayan ölkədə “uçuşa qadağan zona” rejimini tətbiq etməsi üçün mütləq BMT Təhlükəsizlik Şurasının qətnaməsi olmalıdır. Belə bir qətnamə hələ ki qəbul olunmayıb.

 

Fuad Əliyev Ukrayna liderinin Qərb cəbhəsindən daha böyük gözləntiləri olduğunu düşünür. Partiya sədrinin sözlərinə görə, Zelenski NATO qoşunlarının rus ordusunu bombardman edəcəyinə ümid bəsləyirdi: 

“Amma müharibədən əvvəl Bayden bəyan eləmişdi ki, amerikalılarla ruslar bir-birinə güllə atsalar, üçüncü dünya müharibəsi başlaya bilər. Bu açıqlamadan Ukrayna prezidenti nəticə çıxarmalı və savaşın olmaması üçün Rusiyanı bu niyyətindən çəkindirici açıqlamalar verməliydi. Amma heç biri olmadı və sanksiyalar nə qədər Rusiya iqtisadiyyatına zərbələr vursa da, Ukrayna şəhərlərinin bombalanması, dinc insanların ölməsi, humanitar fəlakətin yaşanması, qaçqın seli qədər faciəvi ola bilməz. Fakt budur ki, bu sanksiyalar rus ordusunu geri çəkilməyə məcbur edə bilmir”. 

 

Fuad Əliyev hesab edir ki, NATO və ABŞ qoşunlarının Ukraynada döyüşlərdə iştirak etməyəcəyini Zelenski bilməliydi: 

“Ona görə indi ”sənə güvənən dağlar, sənə də qar yağarmış" tərzində açıqlamalar verir, Qərbi günahlandırır, bu tənqidləri ilə beynəlxalq dəstəyin artacağına ümid edir". /Yeni Musavat/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Bakıdakı qətlin DETALLARI

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər

Həftəsonları təmizlik aksiyaları keçiriləcək

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

Həkim olmaq istəyənlərin NƏZƏRİNƏ