Bakıdan sensasiya kimi HESABAT

12:00 11-03-2022 | icon 494 | Gündəm
Bakıdan sensasiya kimi HESABAT

Azərbaycan Ermənistanla dövlətlərarası münasibətlər qurur

 

İki ölkə arasında hər hansı sülh sazişi  yoxdursa, o halda “dövlətlərarası münasibətlər qurur” ifadəsi nə anlama gəlir?

 

Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin təsis edilməsi, regional əməkdaşlıq üçün təmaslar intensiv şəkildə davam etdirilib. Bununla bağlı məlumat Nazirlər Kabinetinin 2021-ci il üzrə hesabatında əks olunub. Hesabata əsasən, Ermənistanla münasibətlərin təsis edilməsi üzrə fəaliyyət 2021-ci il ərzində də aparılıb.

 

Sənəddə, həmçinin, qeyd edilib ki, Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi əsasında dövlətlərarası münasibətlərin təsis edilməsi, regional əməkdaşlıq, inkişaf, tərəqqi üçün regional və regiondankənar tərəfdaş dövlət və beynəlxalq təşkilatlarla təmaslar intensiv şəkildə davam etdirilib.

 

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda insidentlərin qarşısını almaq üçün müdafiə nazirləri səviyyəsində birbaşa rabitə xəttinin yaradılması barədə razılığa gəldikləri haqda ötən ilin sonunda xəbərlər vardı.  

 

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin hər iki ölkə liderləri ilə telefon danışığından sonra qurumun yaydığı məlumatda  bu məsələ barədə qeyd edilib. Ardınca ABŞ Azərbaycanla Ermənistan arasında müdafiə nazirlikləri vasitəsilə birbaşa əlaqə xəttinin yaradılması barədə qərarı alqışlayıb. Bunu Vaşinqtonun Bakıdakı səfiri Li Litzenberger deyib. Ancaq əvvəlki dövrlərdə buna bənzər təkliflər olsa da, reallaşmayıb.

 

Maraqlıdır ki, Azərbaycan və Ermənistan dövlətləri arasında hər hansı sülh sazişi  yoxdur.  Bəs o halda  “Azərbaycan Ermənistanla dövlətlərarası münasibətlər qurur” nə anlama gəlir?

 

Elman Nəsirov: “Erməni əsgəri daha əyilə-əyilə gəzmir, indi iməkləyir” »  Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

 Elman Nəsirov

 

Milli Məclisin deputatı Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, Nazirlər Kabinetinin hesabatında Azərbaycan-Ermənistan münasibətlərinin bu günü və perspektivi ilə bağlı məsələlər də diqqət mərkəzində saxlanılıb. Qeyd olunub ki, Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin təsis edilməsi istiqamətində addımlar atılmaqdadır. Xüsusilə regional əməkdaşlıq kontekstində də bu işlər görülməkdədir: 

 

“Həm də iki xalq arasında ilk növbədə etimad mühitinin formalaşması istiqamətində işlər gedir. Məqsəd ondan ibarətdir ki, bu təmasların və etimad mühitinin yaradılması üçün atılan addımların nəticəsi olaraq iki dövlətin arasında münasibətlər formalaşsın. Eyni zamanda bu istiqamətdə atılmış addımlardan biri olaraq iki dövlətin müdafiə nazirləri arasında təmasların yaradılması qeyd olunur. Bu təmasların yaradılmasının Avropa İttifaqı tərəfindən də, ABŞ tərəfindən də dəstəkləndiyi fikirləri öz əksini tapır. Bu, əlbəttə ki, müsbət cəhətlərdir. Həqiqətən də postmüharibə dövründə Azərbaycan dövlətinin əsas hədəfi ondan ibarətdir ki, ilk növbədə iki dövlət arasında sərhədlər müəyyənləşsin. Azərbaycanla Ermənistan arasında nəqliyyat-kommunikasiya əlaqələrinin qurulması məsələləri hədəfdədir. Xüsusilə Zəngəzur dəhlizinin işə salınması prioritetlərdəndir. Bütün bunların məntiqi nəticəsi olaraq sülh sazişi imzalanmalıdır. Əslində aparılan bütün bu işlər iki ölkə arasında sülh sazişinin imzalanmasına dəstəkdir. Dövlətlərarası münasibətlər qurulmalıdır ki, sülh sazişinin imzalanmasına mane olan məsələlər həllini tapsın”.

 

Deputat qeyd etdi ki, Ermənistan sülh sazişinin imzalanmasında maraqlı olduğunu sözdə ifadə etsə də, paralel şəkildə sülh sazişi barədə bəyanatlara zidd addımlar atır:

 

 “Belə ki, son günlər Azərbaycanla sərhəddə və Qarabağda atəşkəsi Ermənistan intensiv şəkildə pozur. Bu proses getdikcə daha dinamik hal almaqdadır. Çox qəribə, anormal vəziyyət yaranıb. Bir yandan Ermənistanın ali siyasi rəhbərliyi sülhdən bəhs edir, iqtisadi əlaqələrin bərpasından danışır, bir yandan da atəşkəsi elə intensiv şəkildə pozur ki, nəticə etibarilə bütün bu təşəbbüslərin üstündən xətt çəkilmiş olur. Azərbaycan dövləti regionda daimi sülhün bərqərar olmasında maraqlıdır. Buna görə də Ermənistanla dövlətlərarası münasibətlərin qurulması istiqamətində addımlar atır. Bu addımların Ermənistan tərəfindən də adekvat qarşılanması və atılmasını istəyirik. Bu iki dövlətin bir səyləri ilə regionda sülh və təhlükəsizlik şəraiti formalaşmış olar. Təəssüf ki, hazırda biz Ermənistanın davranışında bütün bunları görmürük. Bu da nəticə etibarilə gözlənilən sülh müqaviləsinin imzalanması imkanlarını tükəndirir. Atəşkəsin pozulması halları nəticə etibarilə ona səbəb ola bilər ki, vəziyyət yenidən nəzarətdən çıxa bilər, yenidən Qarabağda müharibə alovlana bilər. Müharibə alovunu yandırmaq asandır, amma onu söndürmək çətindir. Ona görə də indiki dövrdə bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Ermənistan sözdə sülhpərvər bəyanatlar verməklə kifayətlənməməlidir, sülh istiqamətində real addımlar atmalıdır”. 

 

Çingiz Qənizadə hakim partiyanın rəhbər orqanlarında təmsil olunacaq?!

Çingiz Qənizadə

 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə isə bildirdi ki, Azərbaycan dövləti imzaladığı sənədlərə və vermiş olduğu bəyanatlara hörmətlə yanaşır və onların həll edilməsi ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirir: 

 

“Söhbət Azərbaycan-Ermənistan münasibətlərindən, dövlətlərarası münasibətlərin qurulmasından gedirsə, Azərbaycan bu istiqamətdə də konstruktiv mövqedə olduğunu nümayiş etdirir. Nazirlər Kabinetinin hesabatında əksini tapan məsələ bunun göstəricisidir. Azərbaycan bu sənəd vasitəsilə də qeyd edir ki, Ermənistanla münasibətlər qurulmasında maraqlıdır. Baxın, Azərbaycan dövləti beynəlxalq sənədlərdə atmış olduğu imzasından irəli gələn məsələlərin həlli üçün addımlar atır. Bu addımların nədən ibarət olduğu Nazirlər Kabinetinin hesabatına daxil edilir. Bu, Azərbaycana beynəlxalq arenada münasibətə müsbət dividentlər gətirir. Avropa İttifaqının, ABŞ-ın prosesi dəstəkləməsi və alqışlaması da bunun sübutudur. Biz Ermənistanla münasibətlər qurulmasında maraqlı olduğumuzu rəsmi sənədlərdə də göstəririk. Azərbaycan öz üzərinə düşən öhdəlikləri yerinə yetirir, Zəngəzur dəhlizinin Azərbaycan tərəfinə düşən hissəsində real işlər aparır. Azərbaycan regionda sülhün bərqərar olmasında maraqlı olduğunu hökumətin rəsmi hesabat sənədində də nümayiş etdirir. Lakin Ermənistan tərəfindən qeyr-adekvat addımların şahidi oluruq. Ermənilər sözdə sülhdən danışırlar, əməldə isə əksini edirlər, atəşkəsi pozurlar, sərhədlərin delmitasiya və demarkasiya prosesindən danışırlar, buna baxmayaraq, sərhəddə təxribatlar törədirlər. Görünən budur ki, Ermənistan dövlətlərarası münasibətlərin qurulmasında maraqlı deyil. Azərbaycan isə həmişə olduğu kimi, əxlaqlı siyasət yürüdür, sözü ilə əməli üst-üstə düşür”. /“Yeni Müsavat”/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR