“Yuve”nin ulduzunu komandasında görmək istəmir

12:09 28-03-2022 | icon 505 | İdman
“Yuve”nin ulduzunu komandasında görmək istəmir

İspaniyanın “Barselona” futbol klubunun baş məşqçisi Xavi Ernandes argentinalı hücumçu Paulo Dibalanın alınmasına qarşı çıxıb.

 

Bu barədə “El Nacional” yazır.

 

Bu günlərdə məlum olub ki, Argentina millisinin oyunçusu İtaliyanın “Yuventus” klubu ilə müqaviləsini davam etdirməyəcək. “Qoca sinyora”da yeddi mövsüm keçirən P.Dibala maliyyə təklifi və klubun inkişaf planları ilə razılaşmayıb.

 

“El Nacional”ın yazdığına görə, Dibala özünü İspaniya çempionatında sınamaq istəyir. Madrid “Real”ı oyunçunun təmsilçisinin zənginə heç cavab da verməyib. “Barselona”nın prezidenti Joan Laporta isə ulduz futbolçunu komandanın heyətinə qatmaqda, üstəlik transferinə görə pul ödəməməkdə həvəslidir.

 

Ancaq komandanın baş məşqçisi Xavi Ernandes Dibalanın bacarıqlarının şişirdildiyini fikirləşir. Bundan başqa, Neymarın “Pari Sen-Jermen”ə keçidindən sonra Dibalanın “Barselona”ya transferi mümkün idi. O zaman bu keçidə onunla arası elə də yaxşı olmayan millidəki yoldaşı Lionel Messi qadağa qoymuşdu.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

Sea Breeze Resort-da musiqi mövsümünün AÇILIŞI

Bax buna deyərlər SÖZ AZADLIĞININ BOĞULMASI

ÜMİD ADAM...

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Cəsarət Valehova vəzifə verildi

Rezidenturaya qəbulun NƏTİCƏLƏRİ

Əzizə Cəfərzadənin Turanı - 63

Paşinyan Rusiya kanallarını BAĞLAYACAQ

Azad edilmiş ərazilərdə daha 79 mina AŞKARLANDI

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu BAŞLADI